t s

» » Uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritetlərindəndir

Uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritetlərindəndir

21-11-2019, 08:43 Yazar:  Samir Baxılıb: 66 Çap et
Uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritetlərindəndir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə ənənəvi silsilə tədbirlər həyata keçirir. Uşaqların hüquq və azadlıqlarının qorunması, onların qayğı ilə əhatə olunmaları, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları Azərbaycan dövlətinin uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə noyabrın 20-də “Uşaq hüquqları: suallar və cavablar” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə fəallığı, intellektual səviyyəsi ilə seçilən uşaqlar iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 20 noyabr - Ümumdünya Uşaq Günü münasibətilə iştirakçıları təbrik edib. Uşaq hüquqlarının müdafiəsinin dünyada ən aktual məsələlərdən biri olduğunu qeyd edən A.Sofiyeva bildirib ki, bu əlamətdar gün 1954-cü ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə bütün dünyada qeyd edilir. Baş Assambleya 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq Hüquqları haqqında Konvensiyanı qəbul edib.

Komitə sədrinin müavini ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları diqqətdə saxladığını, onların hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlər həyata keçirilir, bu istiqamətdə uğurlu islahatlar aparılır. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara qayğısı və bu istiqamətdə həyata keçirilən sosial layihələr onların inkişafına, rifah halının yüksəldilməsinə xidmət edir.

Azərbaycanın bu sahədə bir çox beynəlxalq konvensiyalara qoşulduğunu qeyd edən sədr müavini bu istiqamətdə müxtəlif qanunlar qəbul edildiyini, fərmanlar imzalandığını diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva uşaqların müdafiəsinin vacib məsələ olduğunu qeyd edib. Bildirib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə uşaqların hüquqlarının müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə uşaq hüquqları, eləcə də internet vasitəsilə zorakılıq, ekologiya, cinsi istismar halları ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.

Qeyd edək ki, tədbirdən əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şüvəlan uşaq və ailələrə dəstək mərkəzindən gələn uşaqlarla görüşüb, onlara hədiyyələr təqdim edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az