t s

» » Sərhədçilər dini radikalizmə qarşı mübarizə üsulları barədə məlumatlandırılıblar

Sərhədçilər dini radikalizmə qarşı mübarizə üsulları barədə məlumatlandırılıblar

21-11-2019, 08:13 Yazar:  Samir Baxılıb: 77 Çap et
Sərhədçilər dini radikalizmə qarşı mübarizə üsulları barədə məlumatlandırılıblar
Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Komitədən verilən məlumata görə, tədbir Vətən uğrunda şəhid olan igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, dini radikal qrupların təbliğat metodları və bu bəlaya qarşı mübarizə üsulları haqqında məlumat verilib. Bildirilib ki, dini radikal qruplar gəncləri öz təsirləri altına salmağa, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Dini radikalizmin törətdiyi fəsadlardan və bu sahədə hərbçilərin də maarifləndirilməsinin önəmindən bəhs edilib.

Tədbirdə, həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:48 Qazaxda “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı sahiblərinə təqdim olunub Bildiyiniz kimi, ötən ay Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları üçün əlamətdar oldu. Belə ki, avqustun 18-də Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd etdilər. Bu əlamətdar tarixi gün münasibətilə Respublika Prezidenti
23:14 Xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər saxlanılb- RƏSMİ DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək silahlı birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2019-cu ildə Xidmətin qarşısında duran əsas
09:46 "Nardaranda cinayət törətmiş radikal təriqət üzvlərinin çoxu..." - Fuad Ələsgərov Nardaran olayları haqda Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi davam edir. Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:26 CƏLİLABAD HAQQINDA ŞOK DSOYE - İLGİNC FAKTLAR Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır? "Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az