t s

» » "Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." - GİLEY

"Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." - GİLEY

20-11-2019, 16:02 Yazar:  Samir Baxılıb: 73 Çap et
"Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." - GİLEY
Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəs.2-ci Bağlar küçəsi ev Ö/ T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlu tərəfindən MillətinSəsi.info saytının poçt ünvanına şikayət məktubu daxil olub.

Əliyev Eldar İsmayıl oğlu şikayət məktubunda bildirir ki, Sumayıt Apellyasiyasının hakimi Səyyad Qafari onun sahibkarlıq fəaliyyətinə problem yaradıb. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən biznesmen başına gələnləri yazıb.
Həmin müraciəti olduğu kimi dərc edirik:

“Hörmətli cənab Prezident!

Yazıb bildirirəm ki, mənim Sumayıt Apellyasiyasının hakimi Səyyad Qafaridən yazdığım Şikayət ərizələrimə baxmırlar. Bu yaxında Sizin “Görsəniz ki,rəhbər şəxslər əyri yolla gedirlər, mütləq xəbər verin” müraciətinizə cavab olaraq Sizə müraciət edirəm.

Hörmətli Prezident!

Mənim şikayətim “Turpun nağılına” bənzəyir. Diqqət verin: Səyyad Qafari Ağaəli oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin hakimidir. Qayınatası əməkdar hüquqşünas Bağır Həbib oğlu Əsədov, qaynı Kamran Bağır oğlu Əsədov - Qaradağ məhkəməsində hakim işləyir.

Gəlinləri Vəsilə Əsədova Ali Məhkəmədə işləyir. Arvadı Aybəniz Bağır qızı Əsədova Apellyasiya Məhkəməsində məsləhətçi kimi çalışır. Qardaşı Fariz Ağaəli oğlu - vaxtilə cinayət məsuliyyətinə cəlb edilmişdir.

2007-ci ildə CM-nin 318.1. maddəsi ilə, 2011-ci il 22 iyunda Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi 02 sentyabr ,2011- ci ildə həmin cəzanı 4 il 6 aya endirmişdir. Axı o Səyyadın qardaşıdır.


Baxın Cənab Prezident!

Bu “Turpun nağılına” bənzəmirmi? Nənə babadan, baba nənədən, siçan da turpdan yapışır və s. Mənim bu tayfaya güçüm çatarmı? Bu gün Sizin düz yolla getməyi tövsiyyə etdiyiniz hakimlər Səyyadın sehirli çubuğu ilə idarə olunur. Mən öz haqqımı məhkəmələrdən ala bilmirəm. Bu nə haqsızlıqdır? Nə özbaşınalıqdır? Mən məhkəmə hakimlərinin Səyyadın tayfasının oyuncağına çevrildiyini görəndə dəli olmaq dərəcəsinə çatmışam. Bu qədər pul, bu qədər maliyyə Səyyadda hardandır?

Vaxtilə canını bir şiddətli töhmətlə qurtaran bu hakimə dur deyən tapılmır. Sumqayıt Apellyasiyasında çıxartdığı qanunsuz qərarları, Nəsimi Məhkəməsində işləyərkən qanunsuz əməllrini oğul istəyirəm qarşısına qoyub araşdırsın. Bu gün heç kəsdən çəkinməyən bu hakim çiynində geydiyi hakim xalatını , “İo Kio”-nun nun “sehirli xalatı” ilə dəyişik salıb. O keyfi istədiyi qərarları verərək gah keçmişə ,gah da gələcəyə uçub xalqı dövlətdən narazı salmaqla kimlərə xidmət edir görəsən?

Hakimin bizneslə məşğul olmağa səlahiyyəti varmı? Dünən vəkil şinelindən çıxan Səyyad bu gün böyük biznesmenə - hakimə çevrilib. Bu qədər pulu haradan eldə edib? Yoldaşı ilə saxta yolla boşanan bu şəxsin çıxartdığı haqsız qərarları araşdırsanız ,orada nə qədər göz yaşı, ah-nalənin şahidi olacaqsınız.

Yazdığımız yer qalmayıb, cənab Prezident!

Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası, bunları müdafiə edir. Təkcə bu yaxında Yasamal rayon məhkəməsinin hakimlərinin apardığı məhkəmə prosesinə diqqət yetirsələr mənim sözlərimin doğruluğunu şahidi olacaqlar. Səyyadın arxasında duranlar yuxarıdakılardır. Mənim isə arxam yoxdur. Bu gün hakimlər onun oyuncağına çevrilərək qanunlarımıza tübürüb üzümüzə üfürürlər. Əyri dediyiniz yol onlar üçün düppədüz yoldur. Çox rahat, maneəsiz, lap sürüşkən yoldur. Sürüşürlər özləri üçün. Bizləri isə qanun adı ilə uçuruma yuvarladırlar.

Hörmətli Prezident!

Mən özüm xərçəng xəstəsiyəm. İllərlə zəhmət çəkib işlədiyim obyeki Səyyad qardaşının adı ilə əlimdən almaq istəyir. Bu işdə ona yuxarıdakılar kömək durur.

Sizin müraciətinizdən ruhlanaraq, Sizə əyri yolnan gedən hakimi, Səyyad Qafarini təqdim etdim. Bütün Nazirliklərin himayəsində olan bu hakimin əyri yolda olmağını kimsə çəsarət edib deyə bilərmi?"

P.S. Məsələ ilə bağlı Sumayıt Apellyasiyasının hakimi Səyyad Qafari ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfində münasibətin dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:30 "Bizləri qanun adı ilə uçuruma yuvarladırlar..." - GİLEY Mediaxeberleri.az xəbər verir ki, Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəs.2-ci Bağlar küçəsi ev Ö/ T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlu tərəfindən MillətinSəsi.info saytının poçt ünvanına şikayət məktubu daxil olub. Əliyev Eldar İsmayıl oğlu şikayət məktubunda bildirir ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az