t s

» » "Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib"

"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib"

20-11-2019, 11:30 Yazar:  Samir Baxılıb: 90 Çap et
"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib"“Bu Şəhərdə”nin ssenaristi Müşviq Abbasovun evinin əlindən alınması ilə bağlı məhkəmə çəkişməsi davam etdirilir.
Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə M.Abbasovun özü sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına “Təməl-N” MTK-dan ev alıb: “Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orda olmayıb, yaşamayıb və onun adınada heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.
M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb: “Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta bu belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.
Ssenaristin sözlərinə görə, 6 ildən sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova onun evinin əlindən alınması ilə bağlı qərar çıxarıb.
M.Abbasov deyib ki, məhkəmə qərarından kassasiya şikayəti verib. Şikayətə noyabrın 25-də Ali Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu iş üzrə M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini məhkəməyə verib. Üçüncü şəxs qismində isə “Təməl-N” MTK göstərilib. Yasamal Rayon Məhkəməsinə müraciət edən M.Həsənova alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Həmin qərardan narazı qanal M.Həsənova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qətnamə ləğv edilib, iddia təmin olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az