t s

» » Məhkəmələr insanların hüququnu pozur... - Video

Məhkəmələr insanların hüququnu pozur... - Video

20-11-2019, 09:02 Yazar:  Samir Baxılıb: 77 Çap et
Məhkəmələr insanların hüququnu pozur... - Video
Milli Məclisdə “Məhkəmə və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva məhkəmə sistemindəki bir sıra problemlərdən danışıb.

Mediaxeberleri.az
xəbər verir ki, bu gün ən ciddi məsələlərdən birinin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı olduğunu vurğulayan Q.Paşayeva hər ay vətəndaşlarımızdan məhkəmədə pozulan hüquqlarının bərpası və onlara kömək göstərilməsi ilə bağlı onlarla məktub və müraciətlərin gəldiyini söyləyib.

“Məhkəmə və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin məhkəmə-hüquq sistemində islahatlara təkan verən önəmli dəyişikliklərdən biri olduğunu deyən millət vəkili qanun layihəsi və dəyişiklikləri dəstəklədiyini xüsusi vurğulayıb və məhkəmə-hüquq sistemində süründürməçiliyin, qeyri-şəffaf halların aradan qaldırılması məsələlərini özündə əks etdirən fərman imzaladığı üçün cənab ⅦPrezidentə təşəkkür edib.

Q.Paşayeva çıxışında bu gün vətəndaşın məhkəmə-hüquq sisteminə inamının güclənməsi üçün məhkəmə qərarlarının ədalətli və obyektiv olması qədər məhkəmə qərarlarının yerinə yetirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və işləkliyini də çox vacib adlandırıb. Millət vəkili məhkəmə qərarlarının icrası məsələsində həllini gözləyən problemlərin də aradan qaldılrılması istiqamətində ciddi addımlar atılmasına ehtiyac olduğunu deyib.

Bu gün alimentlərlə bağlı yüzlərlə məhkəmə qərarının icra olunmadığını, icrasında ciddi problemlər olduğunu vurğulayan Q.Paşayeva bu ciddi problemin xüsusi diqqətdə olmasının əhəmiyyətindən danışıb.

Q.Paşayeva rayonlarda fəaliyyət göstərən vəkillərin sayının az olması probleminə də toxunub, vəkillik institutunun güclənməsinin vacibliyini bildirib.

Millət vəkili, həmçinin, alternativ müstəqil ekspertizaların yaradılmasınının qanun layihəsində öz əksini tapmasının çox müsbət hal olduğunu vurğulayıb və bu dəyişikliyi böyük məmuniyyətlə dəstəklədiyini deyib. Bir sıra vətəndaşların məhkəmə-hüquq sahəsindəki şikayətləri arasında ekpertiza rəylərinə şübhə ilə yanaşmaların olduğunu vurğulayan millət vəkili müstəqil alternativ ekspertizaların yaradılmasının vətəndaşların bu istiqamətdə inamının güclənməsinə müsbət təsir göstərəcəyini bildirib.

Q.Paşayevanın çıxışının video-yazısını təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:36 Qənirə Paşayeva MM-də Tovuz rayonu ilə bağlı bir sıra problemlərdən danışıb - VİDEO Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q. Paşayeva çıxışında dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik deyərək,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az