t s

» » Rauf Arifoğlundan Arif Hacılıya sərt ifadələr:"Adı cinayət dosyelərində, qəzet manşetlərindədir..."

Rauf Arifoğlundan Arif Hacılıya sərt ifadələr:"Adı cinayət dosyelərində, qəzet manşetlərindədir..."

19-11-2019, 23:01 Yazar:  Samir Baxılıb: 103 Çap et
Rauf Arifoğlundan Arif Hacılıya sərt ifadələr:"Adı cinayət dosyelərində, qəzet manşetlərindədir..."
"Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu Müsavat başqanı Arif Hacılının "Bu qəzet partiyanın əleyhinə sifarişli yazılar dərc edir" ittihamına cavab verib.

Mia.az xəbər verir ki, o, "Feysbuk"dakı səhifəsində yazıb ki, silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər Arif Hacılını istefaya çağırır: "Alman və Azərbaycan mətbuatı ondan yazır, "yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır.

Radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxu Arif Hacılını ələ salır, "istefa" deyə məzələnir, status yazır, şəbədə edir. Alman polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə basıb, geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir. Proses böyüsə, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq.

Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər. O isə bütün bunları; xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir. Bizə yüklənir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır, deyir. Alman polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur", deyib, gülünc bir fikrə mətərislənir.

Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm. Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq.

İllərdir, Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verib. Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi. Görmək istəmədi..."




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
22:38 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qapalı korrupsiya Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
18:35 AXCP sədrindən Arif Hacılıya: “Gedin Əli Kərimlinin müavini olun" “Arif Hacılı və Rauf Arifoğlu davasına seyrçi qala bilmədim. Bəlkə də siyasətçi üçün nala-mıxa vurmaq moddur deyə, elə başımı birtəhər girələyə bilərdim. İstəmədim. Mövqe sərgiləmək, həqiqəti demək və haqsızlığa uğrayanı müdafiə etmək elə əsl siyasətçinin işidir. Mən Rauf Arifoğlunun yanında
14:28 "Müsavatın indiki rəhbərliyi tarix qarşısında məsuliyyətini dərk edə bilmir" - Qubad İbadoğlu Mediaxeberleri.az Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun "Report"a müsahibəsini təqdim edir: - Fevralın 6-da Müsavat Divanın qərarı ilə partiyadan xaric edildiniz. Partiya üzvlüyünə bərpa edilməklə bağlı hansısa addım atacaqsınızmı? - Birinci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az