t s

» » Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ

19-11-2019, 16:55 Yazar:  Samir Baxılıb: 208 Çap et
Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:40 İyun ayına olan hava proqnozu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Mediaxeberleri.az-a verdiyi məlumata görə iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az
09:42 Hava iki gün qeyri-sabit keçəcək - Xəbərdarlıq Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb
18:13 Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir
08:39 XƏBƏRDARLIQ! Hava şəraiti qeyri-sabit keçəcək - Yağış, sulu qar və qar... Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
16:34 Sabahın hava proqnozu - Martın 23-də Bakı və Abşeronda arabir güclənən şimal küləyi əsəcək Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az