t s

» » AQTA əməkdaşı korrupsiya ilə tutulub? - İDDİA

AQTA əməkdaşı korrupsiya ilə tutulub? - İDDİA

19-11-2019, 11:57 Yazar:  Samir Baxılıb: 38 Çap et
AQTA əməkdaşı korrupsiya ilə tutulub? - İDDİAAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəranda bölmə rəhbərinin işdən azad olunmasının səbəbi üzə çıxıb.

Bu barədə Mediaxeberleri.az-ın əldə etdiyi xəbərə görə, qurumun Lənkəran regional bölməsinin rəisi Bağırov Əlimuxtar Balağa oğlunun, Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi İsmayılov Habil Əli oğlunun işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində araşdırılır. Ə.Bağırovun korrupsiya ilə tutulduğu deyilir.

Amma məsələ qurumun rəhbəri Qoşqar Təhməzli tərəfindən gizlədilir. Agentliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, adları qeyd olunan qurum əməkdaşları səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etməyiblər, Q.Təhməzlinin müvafiq əmri ilə tutduqları vəzifələrdən azad ediliblər.

Bu faktlar da özlüyündə bir daha AQTA-nın fəaliyyəti ilə bağlı gerçəklikləri üzə çıxarmışdı. Zaman-zaman ittihamlar səslənir ki, qurumun əməkdaşları özlərini sahibkarlıq subyektlərində “MTN bandası” kimi aparırlar.

Agentlik 12 İyul 2019-cu il tarixində “Medeks” MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün “Medeks” MMC ilə 599 min 749 manatlıq başqa müqavilə də imzalayıb.

Qoşqar Təhməzli 2008 – 2016- cı illərdə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb, indi də şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bilinir.

Yəni adam dövlətin təsis etdiyi Agentliyin rəhbəri kimi dövlətin büdcəsindən ayrılan pulla öz şirkətindən avadanlıq alır. Bunun adı korrupsiya, etik qaydaların pozulması, maraqlar konflikti deyil də, bəs nədir?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az