t s

» » "Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir” - BƏYANAT

"Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir” - BƏYANAT

6-06-2015, 14:59 Yazar:  Aygün Baxılıb: 424 Çap et
"Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir” - BƏYANATBu gün “Bakı 2015” Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası BMM-də “İnsan hüquqlarına yanaşmada ikili standartlar” mövzusunda Dəyirmi masa keçirib.

Mediaxeberleri.az xəbər verir ki, tədbirdə politoloqlar, QHT sədrləri və KİV rəhbərləri iştirak edirdi.


Tədbiri açan Koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, bu möhtəşəm idman bayramı yaxınlaşdıqca Azərbaycana dost olmayan dairələrin narahatlığı artır: “Bir mərkəzdən idarə olunan dairələr Azərbaycanın müstəqil siyasətini qəbul etmir, cəmiyyətimizi daxildən parçalamağa çalışırlar. BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin birgə məqalə yazması nədən xəbər verir?”
Koalisiyanın koordinatoru, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, iyunun 10-da Avropa Parlamentində Avropa Oyunları və insan haqları ilə bağlı dinləmələr keçiriləcək: “BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin birgə məqaləsindən niyyətləri görünür. Məqalədə yazılır ki, Azərbaycanda beynəlxalq təşkilatların nümayəndəsi, əcnəbi hüquq müdafiəçiləri də təzyiqlərə məruz qalır. Belə hal nə zaman olub? Bu göstərir ki, Azərbaycanın Avropa Oyunlarına Azərbaycanın yüksək səviyyədə hazırlaşdığını görən bu dairələr fəallaşıb, kili standartlarla çıxış etməkdədirlər”.
Koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Avropa ölkələrində illik korrupsiyanın həcminin 323 milyard dollar olduğunu və bunun hesabatlarda əksini tapdığını qeyd edib.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycana qarşı çıxan dairələrin ölkəmizin müstəqilliyini təhdid etdiklərini vurğulayıb: “Dövlət başçısının da elan etdiyi kimi Azərbaycan heç vaxt öz müstəqil xəttindən geri çəkilməyəcək”.
Tədbirdə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondu təşkilatının sədri Əliməmməd Nuriyev Avropa Şurasının insan haqları Komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forst və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatoviçin Azərbaycana qarşı yazdığı məqaləyə münasibət bildirib. Onun sözlərinə görə, adları çəkilən şəxslər Azərbaycan barədə neqativ bəyanatlar verir: “Və bunun üçün külli miqdarda vəsait sərf edilir”. Azərbaycana qarşı qüvvələrin formalaşdığını və bəyanatların verildiyini deyən Ə.Nuriyev qeyd edib ki, lakin 19 fevral 2008-ci ildə Ermənistanda parlament seçkilərinin saxtalaşdırılması zamanı baş verən gülləbaranla bağlı heç bir beynəlxalq təşkilat tərəfindən bəyanat verilmədi.
“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün Avropa ölkələrinin əksəriyyətində mövcud olmayan demokratiya Azərbaycanda var. Onun sözlərinə görə, Azərbaycana qarşı bəyanatlar verilir, Dağlıq Qarabağ məsələsi ikili standartların təsirinə məruz qalır: “Lakin Azərbaycan müstəqil siyasət yürüdür. Hər bir Azərbaycan vətəndaşı öz mövqeyini qətiyyətli şəkildə nümayiş etdirməlidir”.
Politoloq Elman Nəsirov qeyd edib ki, Azərbaycana gələn zərbələrin adı, soyadı bəllidir. O bildirib ki, xarici dövlətlər, QHT-lər, erməni lobbisi və Ermənistan dövləti, öz daxilimizdəki qüvvələrlə əməkdaşlıq edən “5-ci kalon” Azərbaycana qarşı təzyiq edir. Politoloqun sözlərinə görə, Azərbaycana qarşı edilən təzyiqlər özünü bir neçə mərhələdə göstərir : “12 iyun - Avropa Oyunlarını başlanmasına qədər biz bu təzyiqlərin birinci mərhələsini yaşayırıq”.
E.Nəsirov qeyd edib ki, əvvəlcə daha çox Avropa Oyunlarının boykot edilməsi gündəmdə idi: “Bu mərhələdə təəssüf ki, Avropa Parlamenti öz fəallığı ilə seçildi, Azərbaycana aid dinləmələr keçirildi. Bütün bu təzyiqlərin kökündə bir amil dayanır. Bu da Prezident İlham Əliyevin müstəqil siyasət yeritməsidir”.
Politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti real nəticə verir: “Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən və humanitar problemlərin həll edildiyi ölkədir. Azərbaycanın müstəqilliyi davamlı inkişafını ortaya qoyur. Ermənistanda 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı belə yoxdur”.
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Şərq Tərəfdaşlığının Riqa sammitində gördük ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər: “Azərbaycanın prinsipial mövqeyini görüb, onun öz ərazilərini güzəştə getməyəcəyini bilib, güc tətbiq etməyə çalışırlar. Ayrı-ayrı şəxslərin məqalələri, beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etməkdir”.
Qeyd edək ki, tədbir mövzu ətrafında çıxışlarla davam edib. Sonda isə vətəndaş cəmiyyəti institutları və KİV adından Azərbaycana təzyiqlərlə əlaqədar bəyanat qəbul edilib. Bəyanatda deyilir:
- Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır. Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar. Eyni zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq imkanı yaranacaqdır.
Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “Open Democracy” portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”nı işə salmaq həvəsinə düşərək həmin “üçlüyü” irəli vermişdir.
Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq “üçlük” guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırmışdır.
“Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur. Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar.
“Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər.
Bəyanata aşağıdakı qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri qoşulmuşlar:

1. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
2. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
3. Demokratik Jurnalistlər Liqası
4. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi
5. Milli QHT Forumu
6. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi
7. Vətən Müharibəsi Veteranları İctimai Birliyi
8. “Konstitusiya Araşdırmaları” Fondu
9. “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi
10. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai Birliyi
11. “İrəli” İctimai Birliyi
12. Jurnalistlərin Həmkarlar İttifaqı
13. “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi
14. “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi
15. “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyi
16. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyi
17. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi
18. “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi
19. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi
20. “Dünya Gənc Türk Yazarlar “ İctimai Birliyi
21. “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi
22. “Əlil Təşkilatları İttifaqı” İctimai Birliyi
23. “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi
24. “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi
25. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi
26. “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyi
27. “Gənc Vətənpərvərlər” İctimai Birliyi
28. “Gənc Mühasiblər” İctimai Birliyi
29. “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi
30. “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyi
31. “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “İctimai Birliyi
32. “Hüquqi və Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi
33. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi
34. “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyi
35. Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi
36. “Aqro Tərəqqi “ İctimai Birliyi
37. “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi
38. “Azərbaycan Maarifçi Gənclər Təşkilatı”
39. “İctimai Problemlərin Tədqiqi Asossiasiyası”
40. “Azərbaycan Gənclər İttifaqı”
41. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
42. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi
43. “ Demokratik Seçki Mərkəzi”
44. “ Demokratik Azərbaycan Naminə” İctimai Birliyi
45. Gənclər Təşkilatları Milli Şurası
46. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası
47. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
48. AVCİYA
49. “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu
50. “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi
51. Beynəlxalq Avrasiya Fondu
52. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi
53. “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi
54. Azərbaycan-Slavyan Gənclər Assosiasiyası
55. “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
56. “Kaspi” qəzeti
57. “Azadinform” İnformasiya Agentliyi
58. “Səs” qəzeti
59. “Yeni Azərbaycan” qəzeti
60. “İki sahil” qəzeti
61. “modern.az” saytı
62. “Gündəlik teleqraf” qəzeti
63. “APA” İnformasiya Agentliyi
64. “virtualaz.org” saytı
65. “azvision.az” saytı
66. “aznews.az” saytı
67. “Xalq cəbhəsi” qəzeti
68. “Olaylar” qəzeti
69. “Bakı-xəbər” qəzeti
70. “Şərq” qəzeti
71. “525-ci” qəzet
72. “Bizim yol” qəzeti
73. Palitra qəzeti
74. “Mövqe” qəzeti
75. “qafqazinfo.az” saytı
76. “1news.az” saytı
77. “veteninfo.az” saytı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:31 BMAM Gəncədə ictimai müzakirə keçirdi Bu gün Gəncə şəhərində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının
17:30 "Azərbaycana qarşı kampaniyanın arxasında erməni lobbisi dayanır" - MÜZAKİRƏ Bu gün “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Koalisiyası tərəfindən “Anti-Azərbaycan kampaniyasının təşkilatçıları göründükləri və olduqları kimi” mövzusunda dəyirmi masa keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə çıxış edən Koalisiyanın koordinatoru Rufiz Qonaqov
08:21 “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib Paytaxtda “Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov deyib ki, Avropa Oyunları
15:11 Avropa Oyunları ilə bağlı mərasim keçirilib Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması
17:14 "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və missiyamız" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az