t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başladı

Ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başladı

16-11-2019, 19:09 Yazar:  Arifə Qasımova Baxılıb: 271 Çap et
Ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başladı
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 101 il ötür.

Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin 101 illik yubileyi ərəfəsində fərəh hissi ilə deyə bilərik ki, onun keşməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan ədliyyəsinin inkişaf yolu bir neçə mərhələdən keçmişdir.

Ədliyyəmizin tarixinin şanlı dövrlərindən biri Azərbaycan Demokratik Respublikasının mövcud olduğu illərə təsadüf edir. Şərqin ilk demokratik respublikası olaraq Azərbaycan Xalq Cumhuriyyətində ədliyyə sahəsinə böyük əhəmiyyət verilmişdir. Təsadüfi deyil ki, məhz Xalq Cumhuriyyətinin elan olunduğu gün – 1918-ci ilin mayın 28-də Ədliyyə Nazirliyi təsis edilmişdir. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu qısa müddət ərzində ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təşkil edilməsi ilə bağlı bir sıra qərarlar qəbul olunmuş, tədbirlər həyata keçirilmişdir.

1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Məhkəmələrin, ədliyyə və istintaq strukturalarının bərpası, onların maddi texniki təminatı istiqamətində müəyyən işlər görülmüş, 6 aylıq kurslar təşkil edilmiş, Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir. Qısa müddət ərzində bir sıra qanun layihələri Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Parlamentin müzakirəsinə təqdim olunmuşdur.

Təəssüf ki, Azərbaycan Demokratik Respublikasının Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğalı Azərbaycanda müstəqil dövlət quruculuğunu, o cümlədən də ədliyyə sahəsindəki işləri yarımçıq qoydu.
Azərbaycanda Sovet hakimiyyətinin elan olunması ilə Azərbaycan ədliyyəsinin tarixində yeni bir dövr başlandı. Totalitar Sovet rejimində ədliyyə sistemi demokratik cəmiyyət və hüquqi dövlətlərə xas olan missiyalarından mərhum edildi.

Sovet hakimiyyətinin mövcudluğu dövründə gah ədliyyə sistemindən amirlik, repressiya aləti kimi istifadə edilməyə cəhd olunaraq ona həddən artıq geniş səlahiyyətlər verilmiş, gah onun səlahiyyətləri həddən artıq məhdudlaşdırılmış, gah da ləğv edilərək səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Azərbaycanda Sovet hakimiyyəti elan edildikdən az sonra, inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə mövcud ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. Komissarlığın səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlara verilmişdir.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmişdir. Məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə onun səlahiyyətlərinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları verilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətləri əsaslı şəkildə məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə isə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

Göründüyü kimi ölkəmizin ədliyyə sistemi Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan ta 60-cı illərin sonunadak əsl repressiyaya uğramışdır. Ədliyyə sahəsinə olan bu münasibət onun təşkilatlanaraq təkmilləşməsinə, inkişafına böyük zərbə vurmuşdur.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan ədliyyəsinin tarixinin sovet dövrünün yeni mərhələsi başlandı.

Milli mənafeləri hər şeydən uca tutan uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanın SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olduğu hələ 70-ci illərdə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi mövcudluğuna və inkişafına zəmin yaratmaq istiqamətində çox məharətlə tədbirlər həyata keçirirdi. Ölkə iqtisadiyyatı məhz bu məqsədə uyğun istiqamətlərdə inkişaf etdirilir, milli təhlükəsizlik, hərbi və digər sahələrdə milli kadr korpusu yetişdirilir və sair tədbirlər görülürdü.

Məhz ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladıqdan az sonra 1970-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təsis edildi. Doğrudur Ədliyyə Nazirliyi cəmi bir neçə funksiyaya malik kiçik bir qurum idi. Sözsüz ki, bu da demokratiyadan, hüquqi dövlət prinsiplərindən uzaq, Əsas Qanunda kommunizm quruculuğu kimi mücərrəd bir ideyaya nail olmağı ali məqsədi elan etmiş totalitar sovet rejiminin mahiyyətindən doğurdu. Lakin 1970-ci ildən Ədliyyə Nazirliyi stabilliyə nail olaraq təşkilat kimi formalaşmağa başladı, onun gələcək inkişafının təməli qoyuldu.

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başlandı. Bu dövr ədliyyə sistemimizin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, mühüm addımlar atıldı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə milli dövlət quruculuğunun aparılmasına, ölkə həyatının bütün sahələrində məqsədyönlü islahatların həyata keçirilməsinə sabit hüquqi zəmin yaradıldı. Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq, eləcə də ədliyyə sistemində islahatlar həyata keçirildikcə ədliyyə orqanlarının inkişafı, onların fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin beynəlxalq standartlara uyğun qurularaq möhkəmləndirilməsi istiqamətlərində böyük uğurlar əldə edilmişdir. Nəticədə ölkəmizin Ədliyyə Nazirliyi də inkişaf edərək hüquqi dövlətdə layiq olduğu yeri tutmuşdur.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Respublikasını daha dinamik, sürətli inkişaf yoluna çıxarmışdır. Artıq ardıcıl olaraq dörd ildir ki, ölkəmiz iqtisadi inkişaf surətinə görə dünyada liderdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ilin on ayında sosial – iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz giriş nitqində ölkənin sürətli inkişafından bəhs edərkən demişdir ki, dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər dünyanın bütün mötəbər beynəlxalq qurumları tərəfindən təqdir olunur, dəyərləndirilir.

Ölkəmizdə son illər baş verən sürətli sosial-iqtisadi dəyişikliklərlə paralel olaraq dövlət idarəçilik mexanizminin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, ədliyyə sisteminin də inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini şərtləndirirdi.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Son illərdə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ hüquqi akt qəbul olunub. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun qəbulu, Prezident İlham Əliyevin 18 apel 2006-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsində böyük, əhəmiyyətli addım oldu. Yeni Əsasnamənin tarixi əhəmiyyətindən biri ondan ibarətdir ki, o, ədliyyə fəaliyyətinin cəmiyyətimizdəki əsl rolunu və yerini əks etdirdi. Bu sənəd son illərdə hüquq sistemimizdə aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktlarını özündə əks etdirməklə ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək onların yeni vəzifələrini müəyyənləşdirir. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işinin və strukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma tələbatının daha optimal şəkildə təmin olunması üçün tədbirlər görülməsi zərurəti yaratmışdır.

Məhz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2007-ci il tarixli Fərmanının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Dövlət başçımızın imzaladığı bu xüsusi fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq, ədliyyə sistemində miqyaslı islahatlara yeni start verdi.

Dövlət başçısının qeyd olunan fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, müvafiq idarələrin əsasında normativ hüquqi aktların hüquqi ekspertizasının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədi ilə Qanunvericilik baş idarəsi, dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə Qeydiyyat və notariat baş idarəsi yaradılmışdır. Fərmanda hüquqi maarifləndirmə və informasiya təminat işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılaraq bu məqsədlə nazirliyin strukturunda yeni bir qurum – İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır.

Ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünas kadrların ixtisaslarının artırılması və peşə vərdişlərinə yiyələnməsi işinin daha yüksək səviyyədə qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin əsasında ali statuslu təhsil ocağının - Ədliyyə Akademiyasının yaradılmasının hüquqşünas kadrların ixtisas və peşə hazırlığı səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyəti olacaqdır.

Fərmanda öz həllini tapan məsələlərdən biri də yerlərdə hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və rayon (şəhər) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin əsasında rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılmasıdır.

Qeyd olunan fərmanla regional ədliyyə şöbələrinin yaradılması Azərbaycan ədliyyə sistemində bir yenilikdir. Dövlət başçısının Fərmanında regional ədliyyə şöbələrinin yaradılması qərara alınarkən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədi əsas götürülmüşdür.


Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirinin əmri ilə regional ədliyyə şöbələri haqqında Əsasnamə təsdiq edilərək, onların fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, habelə fəaliyyətinin təşkili qaydaları müəyyənləşdirilmişdir.

Regional ədliyyə şöbələrinin fəaliyyəti yerlərdə ədliyyə orqanlarının işinin və bu orqanlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinin, bələdiyyələrin fəaliyyətində qanunçuluğun tələblərinə daha ciddi əməl olunmasının təmin edilməsinə, vətəndaşların yerli ədliyyə orqanlarının, bələdiyyələrin və Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinin daha operativ baxılıb həll edilməsinə şərait yaradır. Bu isə öz növbəsində yerlərdə qanunçuluğun daha da möhkəmlənməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcəkdir.

Ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının, tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci il oktyabrın 13-də keçirilən iclasındakı nitqində demişdir:

“Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha yaxşı yaşamasına, Azərbaycan dövlətinin möhkəmlənməsinə yönəldilibdir”.

Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında açıq-aşkar hiss edir, qiymətləndirirlər. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkəmiz qarşıdakı illər ərzində də sürətlə inkişaf edəcək, Azərbaycan dövləti daha da qüdrətlənəcək, insanların rifahı daha da yüksələcəkdir.

İmkandan istifadə edərək Azərbaycan ədliyyəsinin 101 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə başda Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov olmaqla respublikamızın bütün ədliyyə işçilərini təbrik edir, öz şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Ağstafa rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri
Arifə Qasımova




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az