t s

» » Almaniyadan Bakıya uzanan “miqrant ovu”: Saxta mühacir alverində “Yurd” izi...

Almaniyadan Bakıya uzanan “miqrant ovu”: Saxta mühacir alverində “Yurd” izi...

16-11-2019, 09:18 Yazar:  Samir Baxılıb: 109 Çap et
Almaniyadan Bakıya uzanan “miqrant ovu”: Saxta mühacir alverində “Yurd” izi...
Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Federal Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib. Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda ətraflı məlumat veriləcək. İlkin məlumatlara görə, Almaniyanın məhkəmə orqanlarının qərarı ilə Müsavatın Avropa Koordinasiya Şurasının sədri İlkin Həsən, bu şuranın sədr müavini Mehdi Xəlilbəyli, Müsavat fəalı Abdin Cavadov, “siyasi mühacir” Rəşad Məmmədov, Elşən Abdullayev, Azərbaycanın Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Elçin Əkbərov, Əlövsət Əliyev də saxlanılanlar arasındadır.

“Miqrant alveri”nin, “siyasi mühacir” qalmaqalının sonunun belə olacağı əvvəlcədən bəlli idi. Dəfələrlə yazmışdıq ki, mühacirət, xüsusilə siyasi mühacirət beznesə çevrilib və bunun üzərindən pul qazananlar var. Mühacirətə gedənlər rahat və zəhmətsiz yaşamaq yolu seçənlər, mühacirətə göndərənlər isə daha çox qazanmaq istəyənlərdir. Bu da nəticə.



Bunu hamı bilirdi ki, saxta yolla Avropaya mühacirət edib oradan ölkəyə qarşı söyüşlü mübarizəyə başlayanların siyasi mübarizə ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Nəinki əlaqəsi yoxdur, ölkədə olanda bircə siyasi məqalə belə oxumayıb, bircə müxalif şəxsin adını belə bilməyib. Zatən siyasi mübarizə yolunu azacıq da olsa qət edən insan söyüşlə, təhqirlə nəyəsə nail olmağın mümkünsüzlüyünü bilməmiş olmazdı. Ən müxtəlif, bir çox hallarda şəxsi səbəblərdən (məlumata görə, hətta bir usta təmir edəcəyi evin sahibi ilə anlaşıb, material almaq üçün ona verilən pulu götürüb və birbaşa Almaniyaya bilet alıb-müəll.) Avropaya yolunu açmaq üçün sərhədi keçən kimi bir anda siyasi mübariz cildinə girib, aksiyalarda çəkilən bir-iki fotonu paylaşmaqla, “Youtube” kanalı açıb söyüş yağdırmaqla, hansısa siyasi partiya və ya təkilatdan üzvlüklə bağlı arayış almaqla nə siyasi müxalifət olur, nə də ölkədə demokratiya uğrunda mübarizəyə görə təqib olunan siyasi fəal. Bu, ancaq və ancaq siyasət üzərindən pul qazanmaq istəyənlərin tələsinə düşüb ev-eşiyindən məhrum qalmaq, borca düşmək, saxtakarlığın aşkarlandığı təqdirdə ölkəyə deport olunmaqdır. Bu yollardan istifadə edib qanunsuz yollarla pul qazananların toruna düşənlərin aqibətindən narahatlıq keçirdiyimiz kimi, onları bu yola itələyənlərə qarşı etiraz da vacibdir.

Milli Şuranın, “Yurd”un aksiyalarının da “mühacir alverinə” xidmət etdiyini dəfələrlə vurğulamışdıq. Bu aksiyalara sadəcə şəkil çəkdirmək və beləliklə “mühacir dosyesını” tamamlamaq üçün gedənlərə canfəşanlıq etmək, özünü tutdurmaq, zorakılığa məruz qoydurmaq kimi təlimatlar verənlərin də aşkarlanması vacibdir. Çünki ancaq bu halda “miqrant ovu”nun əsl sahibləri və MİQRANT OLİQARXLARInı da cəmiyyət tanımış olacaq. İllərini mübarizəyə verib siyasi təşkilatlardan dəstək ala bilmək üçün pulu olmayanların da haqqı ancaq bu yolla qorunacaq. İlk növbədə bu saxtakarları ifşa etmək həqiqi müxalifətin və həqiqi müxalifətçilərin marağında olmalıdır. Çünki məhz bu saxta mühacirlərə görə onlar öz həqiqətlərini heç kimə sübut edə bilməyiblər. Söyüşlərin, təhqirlərin, saxta arayışların, Avropada bir neçə nəfərlik piketlərin, Bakıda mitinqlərdə çəkilən 1-2 fotonun hesabına bir gündə “siyasi fəala” çevrilənlər ancaq öz maraqlarını və "ağalarının" qazancını düşünüblər. Təəssüf ki, həqiqi müxalifətçilər bildikləri faktları ictimailəşdirmirlər. Əslində bildiklərini gizlətməklə özlərinə zərər yetirir, MİQRANT OLİQARXLARININ isə əlinə oynayırlar.

Süleyman
Cebhe.info




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az