Bu gün Ağstafa rayonunda fəaliyyət göstərən körpələr-evi uşaq bağçaları arasında ilk dəfə olaraq vətənpərvərlik ruhunda “Biz Heydər nəvəsiyik ” müsabiqəsinə start verilmişdir .
Mediaxeberleri.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidə önünə gül-çiçək dəstləri qoydular.
Tədbirdə
Ağstafa rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova çıxış edərək bildirdi ki, həmişə uşaqlara diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin siyasətinin Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini, respublikamızda saysız-hesabsız məktəb binalarının, uşaq bağçalarının tikilib uşaqların istifadəsinə verilməsini dövlət tərəfindən göstərilən qayğının əyani təzahürü kimi qiymətləndirıir.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının 05 noyarbr 2019-cu il tarixli 145 saylı sərəncama əsasən 9 nəfərdən ibarət münsiflər heyyətinin tərkibi təsdiq edilmişdir. Ağstafa rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu məqsədlə Ağstafa rayonunda atılan addımlardan biri də Körpələr evi və uşaq bağçaları arasında keçirilən “Biz Heydər nəvəsiyik” adlı intellektual oyunlar yarışmasıdır. Yarışın məqsəd və vəzifələri uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirmək, onların dünyagörüşlərini genişləndirmək,vətənpərvərlik hisslərini gücləndirmək , oxumaq həvəsinin yaradılması və formalaşdırılmasıdır. Müsabiqə hər həftənin cümə günü saat 10 da Heydər Əliyev mərkəzində keçirilir və 2020 –ci ilin yanvar ayının 31 dək davam edəcəkdir. Ağstafa rayonunda fəaliyyət göstərən bütün Körpələr evi və uşaq bağçaları komanda yaradaraq yarışda iştirak edirlər. Komandalar püşkatma yolu ilə qruplara ayrılırlar. Hər qrupda 4 (dörd) komanda yarışır. Qrup mərhələsində hər bir komanda əvvəlcədən müəyyən olunmuş mövzulara uyğun çıxış edirlər. Hər bir çıxış 10 ballıq cədvələ uyğun olaraq qiymətləndirilərək bütün ballar cəmlənir. Qrupda I yeri tutmuş (ən yüksək bal toplamış) komanda növbəti mərhələyə çıxır. Bu mərhələdə A,B,C,D qruplarının qalibləri və E,F,G,H qruplarının qalibləri mübarizə aparır. Bu mərhələdə ən yüksək bal toplamış dörd komanda final mərhələsinə çıxır. Final mərhələsində 4(dörd) komanda iştirak edir. Final mərhələsində komandalar topladığı ballara uyğun olaraq I, II və III yerə layiq görülür. Yarışda I, II, III yeri tutan komandalar fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandırılır. 4 nominasiya: şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar bir-birindən maraqlı çıxışlar ediblər. Heydər Əliyev Mərkəzində keçirilən bayram əhval-ruhiyyəli yarışmada Ağstafa rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova, RİHB Aparatının məsul işçiləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, bağça müdirləri, rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri və mətbuat işçiləri iştirak edib.
Balaca fidanların ixtiyarına verilmiş Heydər Əliyev Mərkəzinin böyük zalı al-əlvan şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bir-birindən gözəl, rəngarəng geyimli gül balaların üzlərində təbəssüm, könüllərində xoş ovqat hissi vardı..
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcı çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda körpə balaların azad və firəvan şəkildə böyümələri üçün göstərilən diqqət və qayğıdan söz açıb, münsiflər heyətinin üzvlərini və komandaları tədbir iştirakçılarına təqdimediblər.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını təşkil olunan möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, ölkəmizdə uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda, savadlı və vətənpərvər ruhda böyümələri üçün əllərindən gələni əsirgəməyib. Azərbaycanda uşaq problemlərinin həlli həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən olub.
Lalə Eyyubova qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları həmişə sonsuz məhəbbətlə sevib, onlara böyük qayğı və diqqət göstərib. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.
Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir Ölkə Başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı yeni tikilmiş bağçaların açılışında iştirak etməsi ölkə rəhbərliyinin uşaqlara verdiyi böyük qiymətin təzahürüdür.Ölkəmizdə bu sahədə aparılan əsrarəngiz işlərə Ağstafa rayonunda da hər addımda rast gəlmək mümkündür.
Hər zaman diqqət və qayğı ilə əhatə olunmuş rayonumuzun körpələri üçün də Ağstafa şəhər 1 , 2, 3, 4 saylı və Poylu kənd 1 saylı Aşağı kəsəmən kənd bağçaları ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçaları yenidən tikilib və əsaslı təmir olunaraq istifadəyə verilib.
Öz şərhini bildir: