t s

» » UEFA-nın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə iclası keçirilib

UEFA-nın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə iclası keçirilib

14-11-2019, 21:54 Yazar:  Firuzə Baxılıb: 78 Çap et
UEFA-nın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə iclası keçirilib
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkilatın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə birinci iclası keçirilib. On səkkiz üzvü olan komitənin sədri rusiyalı Aleksandr Alayev, müavini isə portuqaliyalı Pedro Diaşdır.

Mediaxeberleri.az
xəbər verir ki, iclasda 19 yaşınadək qadın futbolçular arasında ilk Avropa çempionatının və mini-futbol üzrə qadınlar arasında Avropa çempionatının yekunları, habelə Alma-Atı şəhərində keçirilən UEFA Çempionlar liqasının ilk turniri və digər iri yarışlar müzakirə olunub. Bundan başqa, mini-futbol üzrə Avropa və dünya çempionatlarının seçmə oyunlarının formatı məsələsinə baxılıb. Qısamüddətli turnirlərin sistemində dəyişikliklər barədə qərar qəbul edilib.

İclasda iyulun 19-27-də Moskvada keçirilmiş çimərlik futbolu üzrə çempionatın seçmə turnirinə də yekun vurulub. Bu məsələdə mühüm addım UEFA-nın ilk dəfə maliyyə vəsaitinin ayrılması da daxil olmaqla, seçmə yarışların təşkilini dəstəkləməsidir. Qeyd olunub ki, Avropa qitəsi mini-futbol və çimərlik futbolu turnirlərinin mərkəzinə çevrilir və yaxın vaxtlarda burada böyük turnirlər keçiriləcək.

Komitənin növbəti iclası 2020-ci ilin yazında təşkil ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
12:17 Bu şəxslərə Prezident təqaüdünün ödənilməsi qaydası MÜƏYYƏNLƏŞDİ Nazirlər Kabineti “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nı təsdiq edib. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
23:50 Qazaxda basketbol turniri: Məktəblər yarışır - Fotolar Fevralın 12-də Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Elmar Rzalının icra etdiyi “Həmrəylik kuboku” məktəblilər arasında basketbol turniri” layihəsinin açılış mərasimi və ilk oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki,
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
21:46 Azərbaycan futbol üzrə AÇ-na gələcək əcnəbilər üçün viza rejimini sadələşdirdi Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az