t s

» » PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”

PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”

14-11-2019, 10:55 Yazar:  Firuzə Baxılıb: 48 Çap et
PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına getməyi” tələb edib.

İnsident Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.

Qeyd edək ki, Azərbaycanda da əvvəllər neft sektorunda işləyən xarici şirkətlərin yerli fəhlələri təhqir etməsi, onlarla kobud davranması hallarına rast gəlinib. Hətta bununla bağlı məhkəmə çəkişmələri də baş verib.

Bu durum indi də davam edirmi?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan azərbaycanlılara qarşı hələ də diskriminasiya var:

“Bəzi xarici şirkətlər hələ Azərbaycana ayaq basanda, onlarda ölkəmiz haqda qəribə təsəvvür yaranmışdı. Düşünürdülər ki, müharibə şəraitidir, ağır durumdur və fəhlələr olduqca kütdür. Elə o səbəbdən də davranış və hərəkətlərində belə hallara yol verirdilər. Çox təəssüflər olsun ki, o vaxt Azərbaycanda fəaliyyət göstərən qeyri-hokumət təşkilatları, Həmkarlar İttifaqı bu məsələyə biganə yanaşırdılar. Bu və ya digər xarici şirkəti tənqid edəndə, onlar elə bilirdilər ki, bu, dövlətçilik əleyhinədir. Yalnız bizim təşkilat müəyyən addımlar atırdı. Çox insanlarda anlayış yox idi ki, dövlətin qanunları var və bu qanunlar çərçivəsində öz haqlarını tələb edə bilərlər. Əmək Məcəlləsinin 5-ci bəndində göstərilir ki, ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlər, fiziki şəxslərin hamısı qanunlarımıza riayət etməlidir. Onlarla bağlanan müqavilələrdə başqa hal göstərilməyib. Sadəcə, biznes sahəsində hansısa fərq ola bilər”.

QHT sədri qeyd edib ki, Azərbaycan fəhlələrinə qarşı bu tip hal və şikayətlərlə qarşılaşdıqları zaman məsələni nəzarətə götürür, məhkəmələrə müraciət edirlər:

“Son vaxtlar belə hallar bir qədər azalıb. Amma bu yaxınlarda da bir şirkətdən şikayət daxil olub. Söhbət BP tərəfdaşı PD&MS şirkətindən gedir. SOCAR-ın milliləşmə siyasəti var, amma xarici şirkətlər buna qətiyyən əməl etmir, şirkətə gətirilən əcnəbilərin əksəriyyətinin ali təhsili yoxdur. Məlum olduğu kimi, hər hansı bir peşə üzrə ölkədə yerli mütəxəssis olmadığı halda əcnəbi mütəxəssis ölkəyə dəvət olunmalıdır, amma bu qaydaya da riayət olunmur. Ən pisi odur ki, əcnəbilər yerli işçilərlə qul kimi davranırlar. İstədikləri işçiləri səbəbsiz yerə işdən çıxarırlar. Bütün menecment əcnəbilərdir. Şirkət ölkəyə 2014-cü ildə gəlib, BP-nin platformalarında qazma hissəsində mühəndis, təmir, dizayn işləri görür.

Yəni belə hallara təsadüf olunur, diskriminasiya var. Hətta davam edəcək. Hazırda bu məsələdə ictimai nəzarət çox zəifdir. Həmkarlar Təşkilatının adı var, özü yoxdur. Düzdür, bu hallar əvvəlki kimi kütləvilik daşımasa da, belə faktıların mövcudluğu üzə çıxır. Sadəcə, işçilər tiraz etmir, qorxurlar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin
18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az