t s

» » Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

Bu gün Azərbaycan Kubokunun püşkü atılacaq

13-11-2019, 10:49 Yazar:  Firuzə Baxılıb: 38 Çap et
Bu gün Azərbaycan Kubokunun püşkü atılacaqBu gün futbol üzrə Azərbaycan Kubokunda 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək.

Mediaxeberleri.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Püşk Premyer Liqada çıxış edən 8 komandadan əlavə, I Divizionun 4 təmsilçisi - “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan”ın iştirakı ilə təşkil olunacaq. I Divizion təmsilçilərindən "Turan Tovuz" və MOİK kubok mübarizəsinə qoşulmayacaq.

Onlar reytinqlərinə əsasən 3 səbətə bölünəcəklər. Əvvəlcə ötən mövsüm Premyer Liqanı 5 - 8-ci yerlərdə başa vurmuş komandaların - "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə"nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq və dekabrın 4-də keçiriləcək.

Qaliblər Premyer Liqada ilk 4 yeri tutmuş komandalarla - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin ilk görüşləri 15-16 dekabrda, cavab oyunları 19-20 dekabrda keçiriləcək.

Ötən mövsüm Azərbaycan Kubokunu tarixində ilk dəfə "Qəbələ" qazanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:16 AFFA 2 dəqiqəyə görə 800 manat cərimələdi AFFA İntizam Komitəsinin iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: Premyer Liqanın 9-cu turunun “Keşlə” – “Qəbələ” matçı “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün meydan sahibləri 800 manat cərimə olunur. Birinci
10:02 Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümünün püşkatma mərasimi keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlanacaq. Mərasimə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
19:33 Azərbaycan Kubokunun püşkü atıldı Futbol üzrə Azərbaycan Kubokunun 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Trend-in məlumatına görə, 18 komandanın iştirakı ilə baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də
23:39 Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın'' "I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?" “Neftçala” klubunun baş məşqçisi Kamal

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az