t s

» » Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı

Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı

11-11-2019, 20:35 Yazar:  Samir Baxılıb: 84 Çap et
Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı
“Vüqar Həşimov” komandasının Monteneqroda start götürən şahmat üzrə klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı. Komanda Belçikanın “Fonteine” klubunu 5:1 hesabı ilə məğlub edərək yarışa uğurlu start verdi.

Bu sözləri komandanın üzvü və kapitanı, Əməkdar məşqçi Anar Allahverdiyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Komandada ab-havanın yüksək olduğunu deyən A.Allahverdiyev qeyd edib ki, heyətdə birinci lövhədə üçqat Avropa çempionu, tanınmış qrossmeysterimiz Rauf Məmmədov yer alıb. Növbəti lövhələrdə gənc qrossmeysterlər Vüqar Əsədli və Ülvi Sadıqov mübarizə aparırlar. Dördüncü və beşinci taxtada olan şahmatçılar mən və Sərxan Həşimov ehtiyat oyunçularıq. Ancaq ilk turda dördüncü taxtada Nataliya Buksa gücünü nümayiş etdirdi. Beşinci lövhədə 16 yaşadək idmançılar arasında dünya çempionu və yaşıdları arasında Olimpiadanın qalibi Aydın Süleymanlı yarışıb. Altıncı lövhədə isə dəfələrlə ölkə birinciliyinin qalibi, U-16 şahmat Olimpiadasının qızıl medalçısı və öz taxtasında ikinci olan Əhməd Əhmədzadə yer alıb.

Əməkdar məşqçi bildirib: “Ümid edirəm ki, ilk turda qazandığımız uğuru davam etdirəcəyik. Komandamız hazırda turnirdə 13-cü pillədə qərarlaşıb. Məqsədimiz daha yuxarı pillələrdə yer almaqdır. Çalışırıq ki, ilk onluqda qərarlaşaq. Klub olaraq əsas məqsədimiz isə gənc və perspektivli sahmatçıların belə mötəbər turnirdə iştirakına imkan yaratmaqdır. Belə yarışlarda iştirak onların ustalığının artmasına çox kömək edir”.

Mərhum Vüqar Həşimovun yeniyetmə şahmatçılara dəstək olduğunu bildirən A.Allahverdiyev onun şahmatçılara ustad dərsləri keçmək, beynəlxalq turnirlərə cəlb olunmasına kömək etmək arzularının hazırda Vüqar Həşimov Fondu tərəfindən uğurla həyata keçirildiyini deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
11:07 Şəhriyar Məmmədyarov: "Bizim şahmatçılar Avropa ölkələrində yaşasaydılar...." - MÜSAHİBƏ Mediaxeberleri.az Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarovun Apasport.az saytına müsahibəsini təqdim edir: - Yığmamız Yunanıstanda keçirilən Avropa çempionatında 3-cü dəfə qitənin ən güclüsü tituluna sahib çıxdı. Bakıya qızıl medalla qayıdacağınıza hansı turdan sonra inandınız? -
10:52 ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr… Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il
18:35 Azərbaycanda "Əhmədzadələr imperiyası" - Şirkətlər, restoranlar, otellər... Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az