t s

» » "Carçıı" Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə mükafat təsis edib

"Carçıı" Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə mükafat təsis edib

9-11-2019, 16:16 Yazar:  Samir Baxılıb: 179 Çap et
"Carçıı" Araşdırma Mərkəzi Bayrağımızın şərəfinə mükafat təsis edib
Xalqımızın 1988-ci ildə başladığı Azadlıq Hərəkatı 1991-ci ildə ölkəmizin müstəqillik qazanması ilə nəticələndi.
Başda üçrəngli, tarixi Azərbaycan bayrağı olmaqla bütün milli atributlar bərpa olundu. Müstəqilliyimizin verdiyi imkanlardan istifadə edərək alimlərimiz, ziyalılarımız Xalq Cümhuriyyətinin tarixini və atributlarını daha dərindən araşdırıb, yazıb-yaymağa başladılar.

Xoş bir halı da qeyd edək ki, bu araşdırmalarla gənc tarixçilər, gənc araşdırmaçılar da məşğuldur.

Odur ki, "Carçı" Araşdırma Mərkəzinin idarə heyyətinin 09.11.2019 tarixli iclasında qərara aldıq ki, mərkəzimiz adından:

Hər cari ilin sonunda il ərzində Cümhuriyyətimiz, xüsusən də milli bayrağımız barədə ən çox araşdırmalar edən, yazı yazan, bayrağımızın təbliğatında daha aktiv olan gənci mükafatlandırmaq üçün;

Həmçinin sovet illərində (1957) milli, siyasi fəaliyyətinin məntiqi nəticəsi olaraq üçrəngli Azərbaycan bayrağını 1 saat Qız Qalasında dalğalandıran milli fəal Cahid Hilaloğlunun adını əbədiləşdirmək üçün "Cahid Hilaloğlu" mükafatı təsis edilsin.

Müfat gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmiş, aypara və səkkizguşəli ulduz formalı yaxa nişanından ibarətdir.

Mükafat veriləcək şəxs təsdiq edilmiş əsasnaməyə əsasən "Carçı" Araşdırma Mərkəzinin idarə heyyətinin il ərzində müşahidələrinin və səsverməsinin nəticəsi olaraq müəyyən olunur.
Mükafatı "Carçı" Araşdırma Mərkəzinin sədri təqdim edir.

Qeyd edək ki, CARÇI Araşdırma Mərkəzi ötən il də, Cümhuriyyətimizin 100-cü ildönumü münasibəti ilə tarixçi-araşdırmaçı Elmar Həsənlini "Cümhuriyyət 100" yaxa nişanı ilə mükafatlandırmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az