t s

» » Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi

Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi

9-11-2019, 12:48 Yazar:  Səxavət İsmayıl Baxılıb: 132 Çap et
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Bu gün Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

Mediaxeberleri.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Möhtəşəmliyi ilə seçilən tədbirdə yüzlərlə fəal gənc YAP şəhər təşkilatı qərargahının qarşısından start götürüdü və əllərində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı ilə Heydər Əliyev Mərkəzinin qarşısına doğru irəlilədilər. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Burada Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Şəhər 1 saylı tam orta məktəbin şağirdlərinin ifasında “ Ay-ulduz” fləşmob təşkil edilmişdir. Heydər Əliyev Mərkəzində Musiqi Mərkəzinin kollektivi tərəfindən təşkil edilən musiqi nömrələri iştirakçılara təqdim edilmiş və qeyd edilmişdir ki, Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Tədbir gənclərimiz və rayon ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi
Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az