t s

» » Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib

Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib

7-11-2019, 16:56 Yazar:  Samir Baxılıb: 112 Çap et
Qazaxda “Bir kərə yüksələn bayraq, bir daha enməz” başlığı altında növbəti bayram tədbiri keçirilib
9 Noyabr – Dövlət Bayrağı Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. Növbəti bayram tədbiri noyabrın 6-da Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında Mədəniyyət Mərkəzinin, şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin birgə təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş "Bir kərə yüksələn bayraq, bir daha enməz!” başlığı altında keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, mədəniyyət işçiləri və rayon sakinləri iştirak ediblər.


Mediaxeberleri.az xəbər verir ki, tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan Bayrağının tarixindən, keçdiyi şanlı inkişaf yolundan, üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşında yüksək vətəndaşlıq duyğuları aşılamasından danışıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov da çıxış edərək tədbir iştirakçılarına Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun səmimi təbriklərini və xoş arzularını çatdırıb. Müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağın qürur yerimiz olduğunu bildirib.

Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyevin rəhbərlik etdiyi "Göyəzən” instrumental ansamblının ifasında səslənən Azərbaycana və Azərbaycan Bayrağına həsr olunmuş mahnılar tamaşaçılarda xoş ovqat yaradıb. Hər bir ifalar, o cümlədən Xaqan Qurbanovun, Günay Məmmədovanın, Vaqif Hacalıyevin, Türkan Rəhimovanın, Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs qrupunun ifasında olan musiqi nömrələri və 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin hazırladıqları "Bayraq” rəqsi tədbirə toplaşanların zövqünü oxşayıb.

Tədbirdə müxtəlif başlıqlı kitab sərgiləri də nümayiş olunub.

GOYEZEN.AZ




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az