t s

» » Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar - İLGİNC

Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar - İLGİNC

7-11-2019, 11:54 Yazar:  Samir Baxılıb: 69 Çap et
Prezidentin müşavirəsində ürəyi gedən icra başçısı haqda maraqlı faktlar - İLGİNC
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenisabah.az-a müsahibəsində maraqlı fakt açıqlayıb. AVP sədri bildirib ki, 4-5 il əvvəl ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə icra başçılarından birinin ürəyi gedib. Lakin o, ad çəkməyib.

“Mənin yadıma gəlir ki, 4-5 il əvvəl ölkə başçısı Biznes Mərkəzində keçirdiyi müşavirədə icra başçılarını çox ciddi şəkildə tənqid etmişdi. Eyni zamanda onlara sərt xəbərdarlıq olunmuşdu. O zaman müşavirədə iştirak edənlərdən bəzilərinin söylədiklərindən, mediada gedən xəbərlərdən aydın olurdu ki, hətta həmin müşavirədə icra başçılarından birinin ürəyi gedib”, -deyə Fəzail Ağamalı bidirib.

Yenisabah.az-ın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, söhbət Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdən gedir. Prezident İlham Əliyevin keçirdiyi həmin müşavirə isə 2013-cü ilin fevral ayına təsadüf edir. O zaman mediada gedən xəbərlərə görə, ölkə başçısı müşavirədə İsmayıllının o zamanki icra başçısı Nazim Ələkbərovu, İmişlinin icra başçısı Vilyam Hacıyevi və Elmar Vəliyevi sərt tənqid edib. Bu zaman Elmar Vəliyevin burnundan qan açılıb və o özündən gedib. Hadisə yerinə təcili yardım çağırılıb.

O zaman yayılan məlumatlarda iddia edilirdi ki, ölkə başçısının Elmar Vəliyevlə kəskin danışması keçmiş icra başçısının Gəncədə ciddi narazılıq yaradan əməlləri və mərhum polis generalı Rasim Musayevlə bağlı insident olub.

Rasim Musayev Gəncənin polis rəisi olub. 20 Yanvar facisəsinin anım günü Elmar Vəliyev Gəncənin bir sıra şəxslərinə hücum edib. Bu isə şəhərdə gərginliyə səbəb olub. Rasim Musayev bununla bağlı Elmar Vəliyevlə görüşüb. Lakin tərəflər arasında mübahisə yaranıb və onlar əlbəyaxa olublar. O zaman yayılan məlumatlarda bildirilirdi ki, Rasim Musayev baş zərbəsi ilə Elmar Vəliyevi yerə sərib. Bundan sonra isə işdən çıxması barədə raport yazıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
08:53 Vilyam Hacıyevin xarabaya çevirdiyi rayon... - FAKT Yerin təbii peykinin görünməyən üzünə “Ayın qaranlıq tərəfi” deyirlər. İmişlinin də beləcə görünməyən qaranlıq üzü var... Son illər Azəbaycan rayon və şəhərlərində böyük abadlıq işlərinin aparılması hamımızın gözlərimizin qarşısında baş verib. Bir çox rayon mərkəzlərində təmizlik və səliqə-sahman,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
15:56 Elmar Vəliyevə atılan güllənin əsl ünvanı hara olub? – Araşdırma Bir neçə gündür ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyevə edilən sui-qəsd cəhdi ilə bağlı müzakirələr ölkə gündəmini dərindən məşğul edib. Hər şey ondan başladı ki, Azərbaycanda nadir hallarda yaşana biləcək enerji böhranı günü mühüm bir dövlət adamına güllə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az