t s

» » BDU-nun Qazax filialında keçirilmiş beynəlxalq elmi konfransın materialları kitab şəklində nəşr olunub

BDU-nun Qazax filialında keçirilmiş beynəlxalq elmi konfransın materialları kitab şəklində nəşr olunub

7-11-2019, 11:24 Yazar:  Samir Baxılıb: 109 Çap et
BDU-nun Qazax filialında keçirilmiş beynəlxalq elmi konfransın materialları kitab şəklində nəşr olunub
Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncama əsasən respublikamızda müxtəlif tədbirlər keçirilib, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermiş bu təhsil ocağının rolu və əhəmiyyəti qeyd olunub.

Həmin tədbirlərin davamı olaraq 25 may 2019-cu il tarixində Qazaxda seminariyanın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konftans keçirilib. Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsinin səbəbləri və s. məsələlərdən danışılıb. "Azərbaycan elminin və təhsilinin müasir problemləri” mövzusunda reallaşan konfransın işində Türkiyədən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Konfransda 60-dan artıq məruzə dinlənilib.

Bu günlərdə həmin konfransın materialları kitab nəşr olunub. Kitabın titul vərəqində Ölkə Başçısının məlum fərmanı çap olunub. Kitab Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təbrik nitqi ilə başlayıb. Sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanovun “Təhsilimizdə tarixi ənənə və müasirlik” adlı açılış məruzəsi yer alıb. Kitabda BDU-nun Qazax filialının direktoru Arif Rüstəmovun giriş nitqi oxuculara təqdim olunub. Eyni zamanda, ADU-nun dosenti Misgər Məmmədovun elmi məqaləsi də maraqla oxunur.

Kitabda BDU-nun Qazax filialının professoru Hüseyn Xəlilovun, Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Xəlil Yusiflinin, AMEA-nın Folklor İnstitutunun professoru Cəlal Qasımovun, Ərdahan Univesitetinin professoru Ərdoğan Altınkaymak, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru Mahmud KamaloğluEdebiyyat Sanat ve Sanatçılar Dernegi BaşkanıŞ professor Sahamettin Kuzucular, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, BDU-nun professoru Vaqif Sultanlı, AMEA-nın Folklor İnstitutunun professoru Almaz Həsənovanın, dosent və fəlsəfə doktorlarının elmi məqalələri çap olunub.

Qori və Qazax Müəllimlər Seminariyalarının tarixinə işıq salan, Azərbaycan elminin və təhsilinin müasr problemlərini işıqlandıran, tarixi faktlar və elmi tədqiqatlarla zəngin olan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulubdur.

Elçin İSMAYIL,
BDU-nun Qazax filialının Mətbuat Mərkəzinin rəhbəri




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:11 Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib Ulu öndər Heydər Əliyev Qazax Seminariyasının tarixi əhəmiyyətini xüsusi vurğulamışdı: "Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az