t s

» » Dəmir yollarında sürət artırılacaq

Dəmir yollarında sürət artırılacaq

7-11-2019, 11:30 Yazar:  Firuzə Baxılıb: 80 Çap et
Dəmir yollarında sürət artırılacaqNövbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq.

Bu barədə Mediaxeberleri.az-a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin apardığı yeniləşmə prosesinin əsas tərkib hissələrindən biridir:

“Dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına dəmir yolunun Biləcəri-Yalama sahəsində dartı yarımstansiyaları tikilir. Həmin yarımstansiyalar dartı cərəyanının sabit cərəyandan dəyişən cərəyana keçirilməsini təmin edəcək. Biləcəri-Yalama sahəsində Xızı rayonunda Yaşma, Siyəzən ərazisində Qızılburun, Xaçmazda Çarxı və Yalama dartı yarımstansiyalarının tikintisi başa çatmaq üzrədir. Binəqədi rayonundakı Biləcəri dartı yarımstansiyasında isə bu günədək işlərin 33,4 % yerinə yetirilib.

Bununla da Biləcəri-Yalama sahəsində sabit cərəyanla işləyən mövcud 10 dartı yarımstansiyası dəyişən cərəyanla işləyən beş yeni dartı yarımstansiyası ilə əvəzlənəcək. Məlumat üçün bildirək ki, növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Bu prosesə start verilməsi həm də işarəvermə rabitə və enerji təchizatı sahələrinin də yenidən qurulmasına şərait yaradacaq. Dartı yarımstansiyalarının aparılan islahatlara uyğun olaraq qurulması dəmir yolunda hərəkətin intensivliyinin saxlanmasına yol açacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:30 Dəmir yollarında sürət artırılacaq Növbəti ildən Biləcəri-Yalama sahəsində yolların əsaslı təmiri planlaşdırılır. Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq. Bu barədə Mediaxeberleri.az-a “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib. Onun sözlərinə görə, enerji təchizatı
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
22:55 Mahmudovçu şəbəkənin daha bir üzvü: Akim Bədəlov çətin durumda – ŞOK DOSYE Mingəçevirdə yerləşən “Azərbaycan İES”-də baş verən qəzadan sonra ölkə ərazisində 2 gün elektrik enerjisinin verilişində problem yarandı. Ölkənin böyük bir hissəsinin işıqla təminatının Mingəçevirə möhtac qalması, yeni suallar ortaya çıxarır. Nə üçün hələ də Azərbaycanda alternativ və bərpa edilən
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az