t s

» » Qurban Qurbanov: Çalışacağıq ki, maksimum diqqətli olaq

Qurban Qurbanov: Çalışacağıq ki, maksimum diqqətli olaq

7-11-2019, 08:17 Yazar:  Samir Baxılıb: 77 Çap et
Qurban Qurbanov: Çalışacağıq ki, maksimum diqqətli olaq
Rəqib həddindən artıq istəkli ola bilər. Çünki doğma meydanında oynayacaq.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis rəqibə qarşı üstünlük verəcəkləri oyun üslubunu açıqlayıb: "90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
18:05 Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda Bu gün Gənclər Mərkəzinin akt zalında Qazax rayonu İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Mediaxeberleri.az xəbər verir ki,
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az