t s

» » Şəmkirdə məhkəmə zalından qaçan şəxsdən XƏBƏR VAR

Şəmkirdə məhkəmə zalından qaçan şəxsdən XƏBƏR VAR

6-11-2019, 11:26 Yazar:  Firuzə Baxılıb: 37 Çap et
Şəmkirdə məhkəmə zalından qaçan şəxsdən XƏBƏR VARŞəmkirdə quldurluq və adam öldürməkdə təqsirli bilinən Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eşqin Murtuzov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının 5 ilini qapalı rejimli həbsxanada, qalan hissəsini isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməsi qərara alınıb.

İttihama görə, hadisə 2017-ci il yanvarın 17-də axşam saatlarında Şəmkirin Seyfəli kəndində baş verib.

Kənd sakini E,Murtuzov Gəncədə əyləşdiyi taksinin sürücüsü, 59 yaşlı Namiq Babayevə yolda hücum edib, onu kəsici alətlə yaralayıb.

Daha sonra E.Murtuzov sürücünün mobil telefonun və nağd pulunu ələ keçirib, avtomobili isə həmkəndlisinə satıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən sürücü N.Babayev üç gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, bu cinayət işi üzrə ibtidai istintaq araşdırılan zaman E.Murtuzov Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb. O, Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

E.Murtuzov Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərbə vurmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az