t s

» » Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı

5-11-2019, 12:30 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Milli Məclisdə büdcə müzakirələri başladıBu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb.

Mediaxeberleri.az xəbər verir ki, müzakirələrdə dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,2% və 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.

Gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27 533,1 milyon manat, xərcləri isə 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə icmal büdcəsinin kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:30 Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq - RƏSMİ Maliyyə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sənəd 2020-ci ilə və orta müddətli dövrə dair
21:57 Nazirlik dövlət büdcəsi ilə bağlı qərar qəbul etdi Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib. Axar.az xəbər verir ki, sentyabrın 9-da Maliyyə Nazirliyində Azərbaycan Respublikasının 2020-ci il və orta müddətli dövrdə icmal və dövlət
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:29 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan reallıqları Sosial təyinatlı xərclərin artımı ölkə rəhbərliyinin bu məsələlərə ciddi diqqət ayırdığının göstəricisidir Neftin qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən bütün hasilat ölkələri kimi Azərbaycanın da gəlirləri azalacaq. Yaranmış vəziyyətdə Azərbaycan hökumətinin başlıca vəzifəsi növbəti ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az