t s

» » Ermənilər bu dəfə Şahin Mustafayevi hədəfə aldılar... - Onun adından uydurma xəbər yaydılar...

Ermənilər bu dəfə Şahin Mustafayevi hədəfə aldılar... - Onun adından uydurma xəbər yaydılar...

5-11-2019, 09:11 Yazar:  Samir Baxılıb: 39 Çap et
Ermənilər bu dəfə Şahin Mustafayevi hədəfə aldılar... - Onun adından uydurma xəbər yaydılar...
Erməni mətbuatı ötən ayın 22-də Azərbaycanın Baş nazirinin müavini təyin olunan Şahin Mustafayevlə bağlı ilginc iddialar ortaya atıb.

Mediaxeberleri.az
bildirir ki, Ovqat.com-un xəbər verir ki, Sahin Mustafayevin vaxtilə tələbə yoldaşı olan Sergey Yeganyan adlı şəxs ermenihaberi.am saytına çox da inandırıcı olmayan xatirələrini danışıb.

Onun sözlərinə görə, Şahen (Ermənistanda Şahin Mustafayevi o cür çağırırmışlar) 2 il İrəvan İqtisad İnstitutunda təhsil alıb. Guya, tələbəlik illərində ermənilərin Azərbaycana qarşı keçirdiyi aksiyalara qatılan Şahin Mustafayev hətta mitinqlərin birində çıxış da edib:

“Şahin Mustafayev 20 fevral 1988-ci il 22.00-da İrəvandakı Azadlıq Meydanında çıxış edəndə mən orada idim. Mustafayev çıxışında Nəriman Nərimanovun 2 dekabr 1920-ci ildə erməni xalqına verdiyi sözləri təkrarlatdı: "Naxçıvan, Zəngəzur və Qarabağ Ermənistan ərazisidir. Artıq aramızda mübahisəli torpaq yoxdur". Nərimanov, eyni zamanda, Qarabağın bir erməni diyarı və Qarabağ xalqının mübarizəsinin doğru olduğunu bildirdi”, - Sergey Yeganyan belə deyib.

Qeyd edək ki, Şahin Mustafayevin keçmişini qaralamağa yönəldiyi güman olunan iddiaların yer aldığı məqalə “Azərbaycanın yeni Baş nazir müavini 31 il əvvəl Qarabağın ermənilərə məxsus olduğunu etiraf edib” sərlövhəsilə dərc olunub.

Məqalənin əsli ilə bu linkdə tanış ola bilərsiniz:



https://www.ermenihaber.am/tr/news/2019/10/28/Azerbaycan-Mustafayev-Karabağ-Ermenistan/167943




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
12:46 RUSYA`NIN DURUMU 1987-1992 YILLARININ HEMEN HEMEN AYNISIDI Konuğumuz Uluslararası Hukuk uzmanı, siyaset bilimci, Doç. Dr.Hâluk Safevidir. Hâluk Safevi: "Azerbaycan devletinin hazırda yürüttüğü sıfır sorun politikasının doğru olduğunu düşünüyorum". "Türkiye - Azerbaycan – İran siyasi üçgeni sadece Suriye sorununun çözümünden sonra gerçekleşe bilir"...
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az