t s

» » Azərbaycanlı idmançı dünya çempionu oldu

Azərbaycanlı idmançı dünya çempionu oldu

5-11-2019, 07:34 Yazar:  Samir Baxılıb: 73 Çap et
Azərbaycanlı idmançı dünya çempionu oldu
İtaliyanın Karrara şəhərində Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatı başa çatıb.

Mediaxeberleri.Az
xəbər verir ki, hapkidoçu idmançılarımız bu gecə Bakıya qayıdıb.

Azərbaycan Hapkido Federasiyasının prezidenti və yığma komandanın baş məqçisi Süleyman Məmmədli bildirib ki, yarışlara ümumilikdə, 40-a yaxın ölkədən 5 mindən çox idmançı qatılıb.

Azərbaycanı isə yarışlarda 1 məşqçi olmaqla, 6 nəfər hapkidoçu təmsil edib. Onlardan Arif Mustafayev qızıl, biri gümüş, biri isə bürünc medal qazanıb.

Süleyman Məmmədli bildirib ki, yarışlar zamanı idmançılarımız 5 növ üzrə dünya çempionu olub, 3 növ üzrə yarışlarda isə gümüş medal qazanıb. Yığmamız ümumilikdə 17 medalla vətənə qayıdıb.

Hapkidoçu Arif Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, yarışlar zamanı 3 əsas rəqibi ilə qarşılaşıb:

“Belçika, Çexiya və Fransa təmsilçiləri ən güclülərdən idi. Final qarşılaşmasında fransalı rəqibimə qalib gəldib və qızıl medal qazanaraq 5-ci dəfə dünya çempionu titulu aldım. Qarşılaşmaların hər biri çətin keçdi. Lakin sonda özümə ən güclü rəqib saydığım fransalı təmsilçiyə qalib gəlməyi bacardım”.

A.Mustafayev bir neçə dəfə dünya çempionatlarında uğurlu nəticələr göstərib. 2010-cu ildən etibarən ümumilikdə, 5 dəfə rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb.

Yarışlarda həmçinin Hapkido Federasiyasının prezidenti və baş məqçisi Süleyman Məmmədli də iştirak edib. S.Məmmədli bir neçə növ üzrə 1-ci yerin qalibi olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:43 Azərbaycanın iki karateçisi dünyada “Yaxşıların Ən Yaxşısı” mükafatını qazana bilər - TƏHLİL Azərbaycanın iki karateçisi – Rafael Ağayev və İrina Zaretskaya mübarizə apardıqları öz çəki dərəcələrində bu ilin ən güclüləri (“Grand Winners”) elan edilə bilər. Mediaxeberleri.az-ın xəbərinə görə, Dünya Karate Federasiyasının (WKF) K1 Premyer Liqa yarışlarına əsasən təsis etdiyi “Best of the
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
16:32 "Mən bacardım. Bəs Sən ? - Öz gücünə, iradəsinə və əzimkarlığına güvənənlər "Sevincli ümidlər " Uşaq və gənclərə dəstək İB nin rəhbərliyi ilə "Mən bacardım. Bəs Sən ?! adlı gənclərlə bağlı tədbir təşkil olundu. Təşkilatçılğı edən Sevinc Zəhrayi qeyd etdi ki , əsas məqsədim öz gücünə,iradəsinə və əzimkarlıqına güvənib yüksək işlər görən gəncləri cəmiyyətə tanıtmaq və
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az