t s

» » Kişi akrobatlarımız Avropa çempionu olub

Kişi akrobatlarımız Avropa çempionu olub

4-11-2019, 10:33 Yazar:  Firuzə Baxılıb: 71 Çap et
Kişi akrobatlarımız Avropa çempionu olubİsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə XXIX Avropa çempionatı başa çatıb.

Mediaxeberleri.az xəbər verir ki, yarışların son günü təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq Avropa çempionatının gənclər yaş qrupunda qızıl medalını qazanmağa nail olub.

Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.260 xalla Avropa çempionu adına layiq görülüb.

Bununla da gimnastlar tam bir medal dəstini əldə edib. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıb.

Daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. Son Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıblar, çoxnövçülükdə isə onlar beşinci olublar.

Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkbərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlarımız dördüncü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar beşinci, temp hərəkətlərinin finalında isə altıncı olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 Akrobatlarımız Dünya Kubokunda bürünc medal qazandı Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurub. Birinci pillədə Rusiya,
13:45 Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kubokuna start verilib Milli Gimnastika Arenasında iki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. Turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil
18:41 Masallının təhsil "şefi" haqda şok dosye nazirə təqdim olundu: "Əvvəl qapıçı işləyib, indi isə..." Masallı rayonunda fəaliyyət göstərən bir qrup orta məktəb direktoru adından təhsil naziri Ceyhun Bayramova açıq məktub ünvanlanıb. Bir surəti də AFN-in redaksiyasına göndərilən məktubda rayon təhsil şöbəsinin rəhbərliyindən şikayət əksini tapıb. Həmin məktubu olduğu kimi təqdim edirik: Son illərdə
21:45 Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında medalların sayını 4-ə çatdırıblar. Mediaxeberleri.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61
01:44 Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL) Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb. Komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir. Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir. Kişi idmançılar arasında olan reytinq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az