t s

» » Həmyerlimiz ermənini qabaqladı, çempion oldu

Həmyerlimiz ermənini qabaqladı, çempion oldu

3-11-2019, 21:42 Yazar:  Samir Baxılıb: 76 Çap et
Həmyerlimiz ermənini qabaqladı, çempion oldu
2-4 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup” turniri keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

Həmyerlimiz Nicat Rəhimov isə bu yarışda Qazaxıstanı təmsil edir. Elə Nicatın qazandığı qızıl medal da bu ölkənin aktivinə yazılıb.

81 kiloqram çəki dərəcəsində yarışan həmyerlimiz 344 kq qaldırmaqla (151+193) turnirin qalibi adını qazanıb. 2-ci yeri erməni Andranik Karapetyan tutub. Bürünc medallara isə ev sahiblərinin təmsilçisi Petr Asanek layiq görülüb.

Qeyd edək ki, Nicat 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanmaq şansını saxlayır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az