t s

» » “Keşikçidağ” və “Avey” qoruqları Çində keçirilən beynəlxalq konfransda təmsil olunub

“Keşikçidağ” və “Avey” qoruqları Çində keçirilən beynəlxalq konfransda təmsil olunub

1-11-2019, 11:30 Yazar:  Samir Əhmədov Baxılıb: 126 Çap et
“Keşikçidağ” və “Avey” qoruqları Çində keçirilən beynəlxalq konfransda təmsil olunub
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqları Çin Xalq Respublikasında keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qoruqların ərazisində yerləşən abidələr - mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.

IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilib. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və qoruq əməkdaşları foruma dəvət alıblar. Forumda məruzəçilər konfrans iştirakçılarının onlara ünvanlanan suallarına ətraflı cavab verməklə, qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. Qoruqlarda maddi-mədəniyyət nümunələri zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq öz tarixi simalarını indiyədək qoruyub saxlayıb. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:12 "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda “Avropa irs günləri” qeyd olunub Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinə həsr olunmuş ilk tədbir "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda baş tutub. Mediaxeberleri.az xəbər verir ki,
21:22 İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - BDU-nun Qazax filialında Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik
20:30 Qazax Dövlət Rəsm Qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib (FOTO) Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax Dövlət Rəsm Qalereyası gənc rəssamların inkişafında böyük rol oynayır Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Qazax Dövlət Rəsm Qalareyasının dəstəyi
10:17 Tarixi abidələrimizə qarşı erməni vandalizmi Azərbaycan xalqı qədim zamanlardan bəri tarixi abidələr qurub-yaradıb, öz memarlıq və quruculuq qabiliyyətini dünyaya bəyan edib. Ancaq təəssüf ki, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı bu tarixi abidələrin də sıradan çıxmasına səbəb olub. Azərbaycan mədəni irsinə aid abidələrin
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az