t s

» » Azərbaycan Ermənistandan 17 pillə irəlilədi - Asiyanın ən güclü ordusu siyahısında

Azərbaycan Ermənistandan 17 pillə irəlilədi - Asiyanın ən güclü ordusu siyahısında

2-11-2019, 14:53 Yazar:  Samir Baxılıb: 64 Çap et
Azərbaycan Ermənistandan 17 pillə irəlilədi - Asiyanın ən güclü ordusu siyahısındaAzərbaycan Asiya qitəsi ölkələrinin ən güclü ordusu reytinqində 21-ci yerdə qərarlaşıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. Hesabatda ümumilikdə 45 Asiya ölkəsi yer alıb.

Asiya ən güclü orduları siyahısında ilk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İran, Pakistan, İndoneziya, İsrail yer alır.

Özbəkistan 19, Suriya 20, Azərbaycan isə 21-ci yerdə, Gürcüstan 33, Ermənistan 38-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2019-ci ildə Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu" reytinqində 52-ci, Gürcüstan 85-cü, Ermənistan isə 92-cü yerdə qərarlaşmışdı.

Xatırladaq ki, Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır. Siyahıya daxil edilmiş 137 ölkənin ordusu beş əsas qrup üzrə: ordunun tərkib sayı; quru, hava, hərbi-dəniz qüvvələrinin silah sayı; maliyyələşdirmə həcmi; coğrafi yerləşmə; təbii resurslara görə qiymətləndirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
23:49 Azərbaycan dünyanın ən güclü ordularının reytinqində Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yeri tutub. Bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib. Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 93-ci pillədə qərarlaşıb. İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük
13:48 Ermənistan təcavüzkar dövlətdir - “The Jerusalem Post” Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də
10:49 Azərbaycanlı hakerlər Ermənistanın 41 səfirliyinin saytını dağıtdı “Anti-armenia Team” adlı Azərbaycanlı hakerlər qrupu Ermənistanın bütün səfirliklərinin, beynəlxalq təşkilat nümayəndəliklərinin saytlarını dağıdıb. Mediaxeberleri.az xəbər verir ki, dağıdılan saytlardan 41-i səfirliklərə, 6-sı beynəlxalq təşkilat nümayəndəliklərinə aiddir. Dağıdılan saytlarda

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az