t s

» » Tələbələr səfərbər oldu: “Qarabağ Azərbaycandır!”

Tələbələr səfərbər oldu: “Qarabağ Azərbaycandır!”

1-11-2019, 18:40 Yazar:  Firuzə Baxılıb: 102 Çap et
Tələbələr səfərbər oldu: “Qarabağ Azərbaycandır!”
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan gənclər arasında keçirilən “Qarabağ Azərbaycandır!” mövzusunda inşa-yazı müsabiqəsinə həsr olunan tədbir təşkil edilib.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov və digər çıxış edənlər “Qarabağ Azərbaycandır!” inşa-yazı müsabiqəsi və şərtləri barədə danışıb, onun əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, bu il oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun keçirdiyi ənənəvi tədbirdə Prezident İlham Əliyev növbəti tarixi çıxışı ilə işğalçı və qondarma dövlət olan Ermənistanın Baş naziri Paşinyanı və onun simasında erməni yalanını növbəti dəfə ifşa etdi.

Vurğulanıb ki, müsabiqədə iştirak etmək üçün qısa müddət ərzində 3000-dən çox gənc müraciət edib. Onların arasında xarici tələbələr də var. Müsabiqə əsasən Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin tələbələri arasında keçirilir.

ƏTRAFLI
huawei.com
Qeyd edək ki, müsabiqənin nəticələri dekabrın sonuncu həftəsində elan olunacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
13:05 Rektor- dekan davasına deputatlar da qoşuldu - Vüsalə Ağabəylinin cavabı gecikmədi Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür. Dünən məsələ barədə Milli Məclisin iki deputatı danışıb və rektoru müdafiə ediblər. Vüsalə Ağabəylinin cavabı da
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az