t s

» » “TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir”

“TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir”

29-10-2019, 11:17 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
“TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir”“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”.

Bunu Mediaxeberleri.az-a türkiyəli professor Sedat Aybar bildirib.

O, hər iki layihənin faydalarını vurğulayıb: “Məsələn, STAR zavodu inşaatın pik vaxtında 3 mindən çox mühəndis olmaqla 14 ölkədən 19 500-ə yaxın işçini işlə təmin edib. STAR zavodu neft-kimya sektorunun əsas xammalı olan nafta, ksilol və reformatın əldə olunmasını asanlaşdıraraq Türkiyənin bu sektorda idxaldan asılılığını azaldıb. Eyni zamanda, zavod dizel, təyyarə yanacağı, LPG və neft koksu kimi neft məhsullarını istehsal edərək cari kəsirin azalmasına yardım edib”.

Professor həmçinin bildirib ki, TANAP Azərbaycan təbii qazını qərbdəki istehlakçılara çatdırmaq baxımından strateji layihədir: “TANAP Bakıdan İtaliyaya qədər uzanan 3 500 km-lik Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli həlqəsini təşkil edir. Layihə 7 mlrd. dollar dəyərində qiymətləndirilir. TANAP Avropa və Türkiyənin təbii qaz mənbələri çeşidliyini artırmaqla yanaşı, Türkiyənin enerji dəhlizinə çevrilməsi üçün atılan ən strateji addımlardan biridir. Amma TANAP sadəcə təbii qaz tədarükündə mənbələrin şaxələndirilməsini təmin etmək və ya beynəlxalq güc tarazlığı baxımından önəmli deyil. Bu layihə həm də Türkiyəyə ildə 6 mlrd. kubmetr təbii qaz nəql edəcək və Türkiyənin təbii qaz ehtiyacının 12%-ni qarşılayacaq. Bu, Türkiyəyə əhəmiyyətli iqtisadi rahatlıq təmin edəcək”.

S.Aybar bu layihələrin Azərbaycana faydalarının bəlkə də Türkiyəyə faydalardan daha çox olduğunu da əlavə edib. “Burada qarşılıqlı “qazan-qazan” vəziyyəti var. TANAP mənbə ölkə olan Azərbaycanın məhsulunu bazara daha rəqabətli şərtlərdə təqdim etməsini təmin edən bir layihədir. AzərbaycanTürkiyə ilə yanaşı, Avropa bazarına, məsələn, İtaliyaya nəqli birbaşa marşrutla həyata keçirəcək. O bazara qaz tədarükünə qatılması Azərbaycanın həm Avropa İttifaqı, həm də region çərçivəsində strateji dəyərini artırır. Bu mənada Türkiyədəki layihələrin Azərbaycan üçün qazanclarını iqtisadi və geosiyasi uğurlar olaraq dəyərləndirmək mümkündür”.

Professor TANAP və STAR layihələrinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdə olduğunu vurğulayıb: “Ümumiyyətlə, bu cür sərmayələrin bir qayda olaraq məşğulluq yaratmasına töhfə verdiyi aydındır. SOCAR-ın Türkiyədəki böyük layihələri başlıca olaraq məşğulluq təmin etməsi baxımından ölkə iqtisadiyyatına fayda verir. Təbii qaz və enerjidə xaricdən asılı ölkə olan Türkiyə üçün SOCAR və onun ölkəsinin Azərbaycan olması çox önəmlidir. Türkiyənin enerji və təbii qaza tələbatı ödəmək baxımından problemi var. Türkiyə üçün TANAP-ın regional enerji tarazlığı baxımından daşıdığı önəm aydındır. STAR zavodu isə sadəcə məşğulluq yaratmır, innovasiya və sahibkarlığı dəstəkləyir. Türkiyə üçün çoxfunksiyalı fayda təmin edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:09 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,”Çıraq” və
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
19:58 TANAP sürətləndirilir: Türkiyə və Avropanın enerji təhlükəsizliyinin əsas şərtləri... Azərbaycan-Türkiyə qaz boru kəməri layihəsinin sürətlənməsi hər iki ölkə üçün sərfəlidir Yaponiyanın tanınmış JIJI PRESS informasiya agentliyi Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz boru kəmərinin - TANAP layihəsinin sürətləndirilməsi ilə əlaqədar razılıq əldə olunması barədə məlumat
21:40 TANAP-ın reallaşması yeni ideyalar ortaya çıxaracaq - RƏY “Bu, texniki baxımdan çox çətindir”. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanın Xəzər dənizi hissəsindəki “Şahdəniz” yatağından ikinci mərhələ üzrə çıxarılacaq qazın Avropaya çatdırılması üçün Türkiyənin Şərq hissəsindən - Gürcüstanla birləşən ərazisindən Qərb hissəsinə - Yunanıstanla
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az