t s

» » Azərbaycan Premyer Liqası: “Neftçi” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqası: “Neftçi” “Sumqayıt”ı məğlub etdi

28-10-2019, 09:07 Yazar:  Samir Baxılıb: 78 Çap et
Azərbaycan Premyer Liqası: “Neftçi” “Sumqayıt”ı məğlub etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2. Qollardan 3-ü penaltidən vurulub. Oyunun 5-ci dəqiqəsində Şəhriyar Əliyevə qarşı kobudluqdan sonra Mehdi Şərifi meydan sahiblərini önə keçirib. Qarşılaşmanın 28-ci dəqiqəsində isə Stiven Monrozun qazandığı penaltini isə flaqmanın kapitanı Emin Mahmudov dəqiq yerinə yetirib. Oyunun 34-cü dəqiqəsində Baqali Dabo kombinasiyanı dəqiq tamamlayıb. Dabo 82-ci dəqiqədə Mahmudova daha bir penalti vurmaq imkanı qazandırıb. Kapitan bu dəfə də dəqiq olub. Bir dəqiqə sonra fransalı forvardın özü dubl edib. Matçda son nöqtəni oyunun əsas vaxtına edilmiş əlavə dəqiqələrdə meydan sahiblərindən Amil Yunanov qoyub.

Bu qələbədən sonra "Neftçi" xallarını 17-yə çatdıraraq 2-ci pilləyə qayıdıb və lider "Qarabağ"la xal fərqini 5-ə endirib. 10 xala malik "Sumqayıt" isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçında "Keşlə" "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" matçında qalib müəyyənləşməyib - 2:2.

Tura bu gün "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:56 Azərbaycan çempionatı: 2 oyunda 8 qol Bu gün Topaz Premyer Liqasında XI tura start verilib. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" üz-üzə gəlib. Oyun Premyer Liqa təcrübəsi daha çox olan "Səbail"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
09:13 Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. “Report” xəbər verir ki, turun sonuncu matçında “Qarabağ” doğma azarkeşlər önündə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib. Qarşılaşmada ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub.
11:54 Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... - ŞOK Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, o, Cinayət
11:34 Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Açılış oyunu Gəncədə olacaq. “Kəpəz” paytaxtın “Neftçi” klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu
21:06 Azərbaycan Premyer Liqası: “Qarabağ” IV dövrəyə də qalıbiyyətlə başlayıb Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib. Sonuncu dövrənin ilk, ümumilikdə isə XXVIII turun bütün qarşılaşmaları eyni gündə oynanılır. İlk qarşılaşma AZAL-la “Kəpəz” klubları arasında oynanılıb. Ötən tur öz meydanında “Zirə”ni məğlub edən və bu qələbə sayəsində ilk üçlüyə düşən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az