t s

» » Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlib

Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlib

27-10-2019, 10:13 Yazar:  Samir Baxılıb: 48 Çap et
Qadın şahmatçılarımız Avstriya komandasına qalib gəlibBatumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb.

Mediaxeberleri.az-ın məlumatına görə, qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib - 3,5:0,5.

Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler üzərində qələbə qazanıblar. Komandamızın digər üzvü Gülnar Məmmədova Julia Novkoviclə heç-heçə edib. Bu nəticə ilə qadın yığmamız turnir cədvəlində xeyli irəliləyərək 8-ci yerdə qərarlaşıb.

Kişilərdən ibarət komandamız Ukrayna yığmasının üzvləri ilə mübarizə aparıblar. Təmsilçilərimizdən üçü - Şəhriyar Məmmədyarov Vasili İvançuk, Rauf Məmmədov Andrey Volokitin, Qədir Hüseynov Vladimir Anisçuk ilə heç-heçə ediblər. Yığma üzvlərindən yalnız Arkadi Naydiçin Yuri Kuzobovla qarşılaşması məğlubiyyətlə bitib. Nəticədə yığmamız Ukrayna komandasına məğlub olub - 1,5:2,5.

Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub edib. Qadın yığmamız birinci turda Latviya şahmatçılarına böyük hesabla (4:0) qalib gəlsə də, ikinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

06:09 Komandalararası Avropa çempionatının III turunda qadın şahmatçılarımız Avstriya yığmasını məğlub edib Batumidə komandalararası Avropa çempionatının üçüncü turunun oyunları başa çatıb. Qadınlardan ibarət komandamız Avstriya yığmasına böyük hesabla qalib gəlib - 3,5:0,5. Şahmatçılarımızdan Xanım Balacayeva Veronika Exler, Ülviyyə Fətəliyeva Denise Trippoldı, Türkan Məmmədyarova Barbara Teuschler
20:28 Şahmatçılarımız Fransa komandasına qalib gəldi Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub. AZƏRTAC xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az