t s

» » Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar

Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılar

26-10-2019, 09:14 Yazar:  Samir Baxılıb: 101 Çap et
Bakıda dəhşətli qətl: Boğazını kəsib quyuya atdılarBakının Xəzər rayonunda su quyusundan meyit tapılıb.

Mediaxeberleri.az xəbər verir ki, meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Belə ki, mərhum 32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb.

Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib.

Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib.

Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə, E.Həbibzadə hadisə yerində keçinib.

Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:50 Bakıda ŞOK OLAY: Binəqədidə oğurladılar, Qaradağda öldürdülər, Türkanda basdırdılar - YENİLƏNDİ Bu gün Bakı şəhərinin Xəzər rayonu ərazisində meyiti tapılan və 10 gündən çoxdur itkin düşmüş şəxs kimi axtarışda olmuş 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub. Publika.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə oranları E.Həbibzadənin axtarışı zamanı
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az