t s

» » Bakıda ŞOK OLAY: Binəqədidə oğurladılar, Qaradağda öldürdülər, Türkanda basdırdılar - YENİLƏNDİ

Bakıda ŞOK OLAY: Binəqədidə oğurladılar, Qaradağda öldürdülər, Türkanda basdırdılar - YENİLƏNDİ

26-10-2019, 08:50 Yazar:  Samir Baxılıb: 108 Çap et
Bakıda ŞOK OLAY: Binəqədidə oğurladılar, Qaradağda öldürdülər, Türkanda basdırdılar - YENİLƏNDİ
Bu gün Bakı şəhərinin Xəzər rayonu ərazisində meyiti tapılan və 10 gündən çoxdur itkin düşmüş şəxs kimi axtarışda olmuş 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə oranları E.Həbibzadənin axtarışı zamanı ağır cinayətin izinə düşüb. Məlum olub ki, o, Binəqədi rayonu ərazisində olarkən bir qrup şəxs tərəfindən oğurlanıb.

Həmin şəxslər E.Həbibzadəni Qaradağ rayonu ərazisində qətlə yetirdikdən sonra meyitini Xəzər rayonu ərazisinə gətiriblər. Burada Türkan qəsəbə qəbiristanlığına gələn həmin şəxslər E.Həbibzadənin cəsədini dərinliyi təxminən 25 metr olan quyuya atıblar. Artıq cinayətkar qrupun üzvləri saxlanılıblar. E.Həbibzadənin meyiti də onların verdiyi koordinatlar əsasında aşkarlanıb və FHN əməkdaşlarının köməkliyi ilə quyudan çıxarılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 32 yaşlı Elvin Həbibzadə oktyabrın 14-dən itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

E.Həbibzadə həmin gün səhər işə gedib. Sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb.

***



Bu gün Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Publika.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Bakı şəhər sakini, 32 yaşlı Elvin Həbibzadə oktyabrın 14-dən itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

E.Həbibzadə həmin gün səhər işə gedib. Sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az