t s

» » “Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı

“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı

21-10-2019, 22:30 Yazar:  Firuzə Baxılıb: 92 Çap et
“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabahın sahibkarları” adlı layihəsinin icrasına başlamışdır.

Mingəçevir şəhərində, Quba və Ağcabədi rayonlarında reallaşdırılacaq layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onlara hüquqi və texniki yardımların göstərilməsidir.

Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili, sahibkarlıq fəaliyyətinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə texniki yardımların göstərilməsi, onlar üçün hüquqi məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.

Layihənin icrası müddətində gənclərin sahibkarlıq fəaliyyətinə dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir.

Bu gün Mingəçevir şəhərində ilk seminar-konfrans öz işinə başlamışdır. Tədbirdə yüzdən artıq gənc iştirak etmişdir. Tanınmış biznes təlimçisi Fəxri Ağayev gənclər qarşısında maraqlı proqramla çıxış etmiş, onları maraqlandıran sualları cavablandırmışdır.

Mərkəzin İcraçı Direktoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata əsasən, hazırda ölkəmizdə əlverişli sahibkarlıq mühiti formalaşdırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda çox sayda fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görəririk ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc yaşlı insanlar çox azdır. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri sahibkarlıq fəaliyyətinə daha da həvəsləndirə bilərlər. Gənclər biznes mühitinə yenilik gətirə, müxtəlif beynəlxalq biznes toplantılarında və sərgilərdə ölkəmizi daha fəal təmsil edə bilərlər. Bu baxımdan Gənclər üçün Təhsil Mərkəzi belə bir layihə ideyası ilə çıxış edir, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməyi planlaşdırır.
“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı
“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı
“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı



Mətbuat Xidməti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az