t s

» » Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Arifə ilə bağlı - QƏRAR

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Arifə ilə bağlı - QƏRAR

16-10-2019, 15:36 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan Arifə ilə bağlı - QƏRARAli Məhkəmədə azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Arifə Abaszadənin kassasiya şikayətinə baxılıb.

Mediaxeberleri.az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, qadının kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, A.Abaszadə Azərbaycan vətəndaşı olan qadınları aldadaraq Türkiyəyə aparıb. O, qadınları Türkiyədə dayə, xadimə və digər bu kimi işlərlə təmin edəcəyinə vəd verib.

Lakin qadınları otellərə yerləşdirəndən sonra onların ümumvətəndaşlıq sənədlərini əllərindən alıb. Sonra da qadınları ayrı-ayrı ünvanlarda pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

Zərərçəkmişlərin şikayəti əsasında A.Abaszadənin barəsində Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq dövründə və birinci instansiya məhkəməsi dövründə A.Abaszadənin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib və günahkar məhkəmə zalındaca həbs edilib.

Hökmdən narazı qalan A.Abaszadə apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq edilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə A.Abaszadənin şikayəti təmin edilməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az