t s

» » Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf

Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf

15-10-2019, 08:25 Yazar:  Firuzə Baxılıb: 87 Çap et
Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
Tarixi təhlil aparmadan Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət vermək mümkün deyil.

Bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, tarixi həqiqət ondan ibarətdir ki, hazırda Ermənistanın yerləşdiyi torpaqlar əvvəllər İrəvan xanlığına aid olub.

“Bu xanlığın ərazisinə erməni miqrantlar köçüb. Rusiya imperiyası öz xristianlarını dəstəkləmək üçün onları yaşayış yeri ilə təmin edib. Gələcəkdə bütün bunlar Ermənistan SSR-ə çevrildi. Burada yaşayırdılar, daha sonra möhkəmləndilər”, - ekspert bildirib.

Aleksandr Perenciyev bildirib ki, o vaxtdan ermənilərin beynində belə bir postulat qalıb ki, türklərin əlindən torpaqlarını almaq olar:

“Onlar düşünüblər ki, bu prosesi niyə davam etdirməyək? Yumşaq desək, Azərbaycanın qeyri-sabit mövqe tutduğu bir dövrdə Ermənistan bundan istifadə etdi. Əvvəlcə kütləvi şəkildə Dağlıq Qarabağı bürüdülər, bundan sonra millətçilərin köməyi ilə bu torpaqları tutaraq, Ermənistan-Azərbaycan konfliktini başlatdılar. Qarabağda qırğın törətdilər. Ermənilər Dağlıq Qarabağ ərazisindən başqa, ətraf rayonları da tutdular. Bütün bunları işğal adlandırmaqdan çəkinmirəm”.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:09 Qondarma erməni soyqırımı – 100 illik cəfəngiyyat! Müxbirimiz Dünya Azərbaycanlıları Konqresinin (DAK) tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan (indiki Ermənistan dövləti) Nümayəndəliyinin rəhbəri tədqiqatçı-siyasətşünas Səməndər Çaxmaqlı ilə görüşmüş, qondarma erməni soyqırımı, onun saxta “tarixi kökləri” və s. suallarla müraciət etmişdir.
08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az