t s

» » “FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət

“FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət

14-10-2019, 07:57 Yazar:  Firuzə Baxılıb: 86 Çap et
“FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət
Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin dördüncü turu yekunlaşıb.

Şahmatçılarımızdan yalnız Nicat Abbasov ötən turu qələbə ilə başa vurub. O, fransalı rəqibi Marie Sebagı məğlub edib. Digər şahmatçılarımız Rauf Məmmədov amerikalı Hikaru Nakamura, Vasif Durarbəyli israilli Maksim Rodşteinlə heç-heçə edib. Eltac Səfərli isə ukraynalı şahmatçı Yuri Kryvoruçkoya məğlub olub.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var. Turnir on bir turdan ibarətdir və oktyabrın 21-dək davam edəcək.AZƏRTAC




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:55 Şəhriyar heç-heçə etdi Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Grand Chess Tour 2019" seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu turun oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Ş.Məmmədyarovun amerikalı Fabiano Karuana ilə görüşü heç-heçə başa
23:17 "Eurovision"un nəticələri dəyişdi - Azərbaycan gerilədi "Eurovision 2019" mahnı müsabiqəsinin nəticələri dəyişdirilib. Avropa Yayım İttifaqı (AYİ) tərəfindən yayımlanan bəyanatında bildirilir ki, Belarusun münsiflər heyətinin müsabiqənin qaydalarına riayyət etməyərək birinci yarımfinalda səslərin açıqlanmasından sonra Belarusun münsiflər heyətinin
09:06 Avroviziya-2019: Azərbaycana səs verən ölkələr - Siyahı İsrailin Tel-Əviv şəhərində keçirilən mahnı müsabiqəsi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin "Truth" ("Həqiqət") mahnısına aşağıdakı ölkələr səs verib: Rusiya - 12 xal Rumıniya - 10 xal Litva - 10 xal Sloveniya - 10 xal Gürcüstan - 10 xal Albaniya
15:30 Azərbaycan şahmatçısı erməniyə qalib gəldi Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IX turun matçları başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, oyunlar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Təmsilçilərimizdən 4-ü çıxışını qələbə ilə bitirib, 2-si heç-heçə oynayıb. Eltac Səfərli
11:53 Icra başçısı şahmatçının pulunu vermir - Qalmaqal Son dövrün iqtisadi problemlərinin ölkə idmanınamənfi təsir etməyi hamıya məlumdur. Vaxtilə idmanın inkişafına böyük vəsaitlər ayrılsa da iqtisadi çətinliklər üzündən hazırda bir çox idman federasiyalarının maliyyələşməsində ciddi çətinliklər var. Güləş, həndbol, qolf və digər federasiyalardan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az