2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisinin son iki potensial rəqibi Bosniya və Herseqovinanın "Sarayevo" və Çernoqoriyanın "Rudar" komandası olub
Azərbaycan çempionu iyunun 22-də baş tutacaq püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, təmsilçimiz II təsnifat mərhələsində nisbətən zəif komandalarla qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.
II təsnifat mərhələsi
Səpələnmişlər:
"Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç),"Qarabağ" (Azərbaycan), HİK (Finladniya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya), Polşa çempionu ("Lex" və ya "Legiya")
Səpələnməmişlər:
"Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Rudar" (Çernoqoriya) /Qol.az/
Öz şərhini bildir: