t s

» » Qubada Alma bayramı

Qubada Alma bayramı

12-10-2019, 11:45 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Qubada Alma bayramıQubada VI “Alma Bayramı”na start verilib.

Mediaxeberleri.az-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında təşkil olunub.

Tədbir parkın qarşısında rəsmi açılış mərasimi və möhtəşəm paradla başlanıb. Parkın ərazisində qonşu rayonların da iştirakı ilə olduqca maraqlı sərgi və guşələr, rayonda yaşayan ayrı-ayrı xalqlara məxsus mətbəx nümunələri, almadan hazırlanmış müxtəlif növ təamlar, baxımlı kompozisiyalar nümayiş etdiriləcək. Eləcə də, müxtəlif nominasiyalar üzrə müsabiqələr keçiriləcək.

Tədbirdə Respublikanın populyar incəsənət ustalarının, eləcə də, Quba və qonşu rayonların istedadlı ifaçılarının və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert veriləcək.

Ötən ildən fərqli olaraq, bu il konsert proqramı gün ərzində davam edəcək, bayram şənliyi axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
14:30 Sumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLAR Bu il Sumqayıt şəhəri Novruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşıb. Şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Sumqayıt bulvarı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb. Mediaxeberleri.az xəbər verir ki, bayram şənliyində Sumqayıt şəhər İcra
12:06 BDU-nun Qazax filialında Novruz şənliyi keçirilib 15.03.2019 -cu il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
19:03 Ağstafada Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirilib Martın 15-də Ağstafada Novruzun gəlişinə həsr olunmuş ümumrayon şənliyi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq sənətkarlığı nümunələrindən ibarət sərgi və rayonun tarixini, etnoqrafiyasını əks etdirən eksponatlarla tanış olublar. Mərasimdə çıxış edən rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az