t s

» » Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb

Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb

11-10-2019, 17:03 Yazar:  Firuzə Baxılıb: 75 Çap et
Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb
Xeyli müddətdir Almaniyada yaşayıb çalışan həmyerlimiz, Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev növbəti elmi uğura imza atıb.

Oktyabrın 9-da Almaniya və Avstriya Neyroradiologiya Cəmiyyətlərinin Frankfurt şəhərində Avropanın növbəti ən böyük və nüfuzlu Neyroradioloji Kongresi öz işinə başlayıb. 4 gün davam edəcək bu konqresdə dünyanın neyroradiologiya üzrə ən qabaqcıl mütəxəssisləri və alimləri, dünya şöhrətli peşəkar neyroradioloqlar son illər elmə gətirilən ən modern tibbi yenilikləri iştirakçılarla bölüşürlər.

Tədbir çərçivəsində Almaniyada ikinci dəfə “İnsult Məktəbi”nin (Stroke school) təşkil olunması konfransa olan marağı xeyli artırıb. Böyük elmi və praktiki təlimlərdən təşkil olunmuş və Almaniya üçün də böyük əhəmiyyət kəsb edən bu məktəbin əsas məqsədlərindən biri işemik insult zamanı icra olunan ən yeni müayinə və invaziv müalicə metodlarının iştirakçılara çatdırılması ilə yanaşı, bu sahədə əldə olunan mühüm elmi yeniliklər barədə konqresdə iştirak edən dünyanın böyük elm adamları ilə birgə müzakirələr aparmaqdır.

Həmyerlimiz, tibb elmləri doktoru N.Abdullayevin işemik insultların invaziv müalicə sahəsində etdiyi elmi yenilik konfrans iştirakçılarına təqdim olunub. Çox böyük elmi-praktik perspektivə malik olan bu elmi iş Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb və bu yeniliyin bundan sonra işemik insultun invaziv müalicəsində birbaşa nəzərə alınması məqsədəuyğun sayılıb.

Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev və çalışdığı elmi işçi qrupunun birlikdə apardıqları elmi araşdırmalarının nəticələrinin və eyni zamanda, İnsult Məktəblərinin Azərbaycanda təşkilinin məqsədəuyğunluğu ilə bağlı yaxın gələcəkdə Azərbaycanda da təqdimatların keçirilməsi nəzərdə tutulur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:55 Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli? Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər
21:22 İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib - BDU-nun Qazax filialında Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
08:30 GDU-da BEYNƏLXALQ ELMİ- PRAKTİKİ KONFRANS Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir kimya və biologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Dahi rəhbərin vurğuladığı “Dünyada gedən əsas tərəqqinin təməlində elm
07:51 Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az