t s

» » Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb

Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb

11-10-2019, 16:35 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
Kukla Teatrının nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb
Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavə olunub.

Belə ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmlərin özünüifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fiziki və əqli cəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya iki qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.

Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı, psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edəcəklər.

Qeyd edək ki, hazırda studiyanın hər iki qrupunda məşqlər gedir. İlk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur “Qırmızı papaq” əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” tamaşaları hazırlanır. Hər iki nümunə orijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, daha çox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq. “Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də - Beynəlxalq Əlillər Günündə gerçəkləşəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:57 Dram Teatrının 100 illiyi qeyd olunacaq Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100
12:17 Bu şəxslərə Prezident təqaüdünün ödənilməsi qaydası MÜƏYYƏNLƏŞDİ Nazirlər Kabineti “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nı təsdiq edib. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
20:17 Gənclər Günü Qazaxda böyük təntənə ilə qeyd olunub 2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Mediaxeberleri.az xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri,
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az