t s

» » Həsənsu kənd sakinləri ilə səyyar qəbul keçirildi

Həsənsu kənd sakinləri ilə səyyar qəbul keçirildi

11-10-2019, 11:40 Yazar:  Firuzə Baxılıb: 56 Çap et
Həsənsu kənd sakinləri ilə səyyar qəbul keçirildi
Bu gün növbəti səyyar görüş rayonun Həsənsu kənd sakinləri ilə keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Hər həftə olduğu kimi bugünkü görüşdə də dövlət başçısının yürütdüyü məqsədyönlü siyasətdən, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələrdən, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışılıb.

Mediaxeberleri.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev
çıxış edərək kəndlərdə keçirilən səyyar görüşün məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb. Rayon rəhbəri son illər respublikamızın bölgələrində, eləcə də Ağstafada qazanılan uğur və nailiyyətlərdən, aparılan abadlıq-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb. Həsənsu kənd İƏD üzrə nümayəndə Vəkil Vəliyev məlumat verərək bildirdi ki, Həsənsu kəndi rayon mərkəzindən 6 km məsafədə yerləşir. Əhalisinin sayı 3337 nəfər, təsərrüfatlarının sayı 797 vahiddir.Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.Nümayəndəliyin ümumi ərazisi 610 hektardır. 314 ha vətəndaşlara məxsus pay və 93 ha həyətyanı torpaq sahəsidir. Keçən dövr ərzində 0,6 km uzunluğunda kənd daxili yollar cari təmir edilmiş, 3 küçəyə içməli su xətti çəkilmiş, 3 ədəd subartezian quyusu və 1 ədəd elektrik transformatoru təmir edilmiş, 7 yararsız elektrik dayaqları yenisi ilə əvəz edilmiş, təsərrüfat daxili suvarma arxları, kənd qəbiristanlığı, kəhriz quyularının axın xəttində su yolu təmizlənmişdir.
Sonda cənab Nizaməddin Quliyev görüşdə müxtəlif təkliflərlə çıxış edən sakinlərin müraciətlərini qəbul etdi və qaldırılan məsələlərin operativ qaydada həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:49 İcra başçısı sakinlərlə görüşdü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kəndində növbəti səyyar görüş keçirib. Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Həmişə olduğu kimi bugünkü
18:10 Aşağı Salahlı kənd sakinləri ilə səyyar görüş keçirilib Bu gün növbəti səyyar görüş rayonun Aşağı Salahlı kənd sakinləri ilə keçirilib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Hər həftə olduğu kimi bugünkü görüşdə də dövlət
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
14:27 Dəmirçilər kəndində səyyar görüş keçirilib 14.03.2019 -cu il tarixdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az