t s

» » İcra başçısı sakinlərlə görüşdü

İcra başçısı sakinlərlə görüşdü

11-10-2019, 10:49 Yazar:  Firuzə Baxılıb: 64 Çap et
İcra başçısı sakinlərlə görüşdü
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kəndində növbəti səyyar görüş keçirib.

Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq təşkil olunan görüşdə aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Həmişə olduğu kimi bugünkü görüşdə də dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdiyi diqqət və qayğı sakinlərin diqqətinə çatdırılıb.

Mediaxeberleri.az
xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, bu gün Aslanbəyli kəndində doqquzuncu dəfə görüşdüyünü bildirib. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin məqsəd və əhəmiyyətindən söz açan rayon rəhbəri bu görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini qeyd edib. Ən əsası da vətəndaşların narahatlığına səbəb olan məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu vurğulayıb.
Rayon rəhbəri son illər respublikamızın bölgələrində, eləcə də Qazaxda qazanılan uğur və nailiyyətlərdən, aparılan abadlıq-quruculuq işlərindən, qarşıda duran vəzifələrdən danışıb. İşsizliyin aradan qaldırılması, minimuma endirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb.

Rayon rəhbəri görüşdə Respublika Prezidentinin əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması məqsədilə iqtisadi islahat paketinin icrası ilə bağlı imzaladığı mühüm Fərman və Sərəncamları qeyd edərək həmin Sərəncamlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini ölkə vətəndaşlarına olan diqqət və qayğı kimi qiymətləndirib. İyunun 18-də imzalanan çoxsaylı Sərəncamların əhəmiyyətindən danışan rayon rəhbəri istər minimum əməkhaqqının 180 manatdan 250 manata, istər minimum pensiyanın 160 manatdan 200 manata çatdırılmasını, istər təhsil, istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının müvafiq olaraq 20 və 40 faiz artırılmasını ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan ən uğurlu addımlar kimi dəyərləndirib. Xüsusilə də ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsini gənclərə olan ən böyük dəstək kimi qeyd edib.

Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu bildirib. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında yol çəkilişinin salınmasını bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi kimi qiymətləndirib. Həmin proqrama əsasən rayonun İkinci Şıxlı, Ağköynək, Qarapapaq, Fərəhli, Xanlıqlar kəndlərinə də yeni asfalt yolların çəkiləcəyini qeyd edib.

Ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən GİKM-lərinin gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açacağını vurğulayıb və gəncləri həmin mərkəzin imkanlarından yararlanmağa çağırıb.

İcra başçısı bildirib ki, iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edən sahələrdən biri də kənd təsərrüfatı sahəsidir. Son 3 ildə kənd təsərrüfatının ildən-ilə inkişaf etdiyini, xüsusilə də əkin sahələrinin hektarının artdığını qeyd edən icra başçısı bu sahənin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını söyləyib. 2016-cı ildə əkin sahəsinin 14 min hektar olduğu halda cari ildə bu rəqəmin 24 minə çatdırıldığını bildirib. Həmçinin Aslanbəyli kəndində də son 3 ildə əkin sahəsinin 792 hektardan 1652 hektara kimi artırıldığını vurğulayıb. Bu artımı isə əhalinin iş yerləri ilə təmin olunmasında mühüm addım kimi qiymətləndirib.

Rayon rəhbəri kəndlərdə suvarma suyuna olan tələbatı ödəmək üçün görülməsi nəzərdə tutulan işləri də diqqətə çatdırıb. Rayon rəhbəri son 3 ildə 46 ədədi yeni qazılmaqla, 11 ədədi isə balansa alınmaqla 57 ədəd subartezian quyusunun sakinlərin istifadəsinə verildiyini bildirib. Ümumilikdə rayon üzrə mövcud olan 191 ədəd subartezian quyusundan 185 ədədinin tam işlək vəziyyətdə, 6 ədədində isə cari təmir işləri aparıldığını diqqətə çatdırıb. Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılmasının nəzərdə tutulduğunu bildirib.

Rayon rəhbəri ölkə başçısının diqqət və qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Cəfərli, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərində içməli su probleminin 70-80 faiz müsbət həllini tapdığını diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapan məsələlərdən danışan icra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını bildirib.

İcra başçısı qeyd edib ki, rayonda bir neçə kənd mövcuddur ki, həmin kəndlərdə bağçaların açılması olduqca vacib məsələlərdəndir. Aslanbəyli kəndində də bağça açılması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını bildirən icra başçısı dövlət proqramına adı çəkilən məsələnin də salındığını qeyd edib. Bundan əlavə, subartezian quyularının qazılması ilə bağlı görüləcək işlərin də əksini tapdığını, növbəti illərdə Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində subartezian quyularının qazılacağını və su məsələsinin köklü şəkildə müsbət həllini tapacağını bildirib.

Görüşdə erkən nikahlarla, eləcə yeni ailə quran gənclərin nikaha daxil olması ilə əlaqədar olan məsələlərdən söhbət açan rayon rəhbəri bu mövzu ilə bağlı istər maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunmasını, istərsə də ictimai qınağın olmasını, ziyalıların, ağsaqqalların bu məsələyə münasibət bildirərək xüsusi diqqət ayırmalarını vurğulayıb.

Sakinlərdən Məzahir Yaqubov, Mahir Musayev, İmralı Qaravəliyev, Vüqar Abdulkərimov, Aslanbəyli kənd tam orta məktəbin direktoru Dilqəm Məmmədov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Son 3 ildə rayonda, eləcə də kəndlərdə görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun Aslanbəyli kəndində də uğurla həyata keçirildiyini qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.

Görüşdə sakinlər kənddə suvarma suyunun yaxşılaşdırılması istiqamətində subartezian quyularının qazılmasına köməklik olunmasını, kənddə SİP kabelləşmə işinin başa çatdırılmasını qeyd ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. 5 illik Dövlət Proqramında qazılması nəzərdə tutulan subartezian quyularından bir neçəsinin illər üzrə Aslanbəyli kəndinə salınacağını vurğulayıb. Eləcə də SİP kabelləşmə işinin bu kənddə də 2020-ci ildə tam yekunlaşdırılacağını qeyd edib.Goyezen.az

İcra başçısı sakinlərlə görüşdü
İcra başçısı sakinlərlə görüşdü




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:48 Poylu kəndində səyyar görüş keçirildi Rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Poylu kəndində səyyar görüş keçirdi. Mediaxeberleri.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının
11:19 Vurğun qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi Ağstafa rayonunun Vurğun qəsəbəsinin sakinləri ilə növbəti görüş 2 saylı körpələr evi-uşaq bağçasının həyətində keçirildi. Mediaxeberleri.az xəbər verir ki, görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin
14:46 Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşlarla səyyar qəbulları davam etdirir. Növbəti səyyar görüş Ağstafa şəhər 2 saylı tam orta məktəbində rayonun təhsil işçilərinin iştirakı ilə
14:27 Dəmirçilər kəndində səyyar görüş keçirilib 14.03.2019 -cu il tarixdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
22:12  İlham Əliyev Beyləqanda sakinlərlə görüşdü - Foto Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib. Mediaxeberleri.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Beyləqan Rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az