t s

» » Samux Rayon İcra Hakimiyyətinin başçısı kimdir? - DOSYE

Samux Rayon İcra Hakimiyyətinin başçısı kimdir? - DOSYE

11-10-2019, 09:54 Yazar:  Firuzə Baxılıb: 76 Çap et
Samux Rayon İcra Hakimiyyətinin başçısı kimdir? - DOSYE
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.


P.S. Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirib.

1997-2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az