t s

» » "Keşikçidağ" təxribatı baş tutmadı: Məbədin gürcülərin üzünə açılması tolerantlığımızdandır

"Keşikçidağ" təxribatı baş tutmadı: Məbədin gürcülərin üzünə açılması tolerantlığımızdandır

10-10-2019, 18:30 Yazar:  Firuzə Baxılıb: 123 Çap et
"Keşikçidağ" təxribatı baş tutmadı: Məbədin gürcülərin üzünə açılması tolerantlığımızdandır
“Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “Keşkçidağ” Alban monastırı ilə bağlı yaranmış insident sakitləşdikdən sonra məbədin yenidən xristianların üzünə açılması dövlətimizin tolerantlığının sübutudur”.

Mediaxeberleri.az xəbər verir ki,
bunu Sherg.az-a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Partiya rəsmisi bildirib ki, məbəd ətrafında yaranmış qalmaqalda təxribatçıların iki ölkə arasında münasibətləri gərginləşdirmək planları baş tutmadı:



Politoloq: "Azərbaycanın sərhədləri açıq qapı deyil ki, ürəyi istəyən icazəsiz keçid etsin?!"

“Gürcüstanda normal düşüncəyə sahib insanlar anlamalıdırlar ki, bu gün torpaq iddası heç də onların xeyrinə deyil. Gürcüstanda yaşayan soydaşlarımız da özlərini çox təmkinlə apardılar. Onlar da eyni tərzi sərgiləmiş olsaydılar, gürcü hakimiyyəti çox çətin duruma düşə bilərdi. Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bu yaxınlarda həmin ərazilərdə sərhəd zastavasının açılması ən doğru addımdır. Bundan sonra başqa ölkələrin xristianları Azərbaycanda olan dini məbədləri ziyarət etmək üçün beynəlxalq hüquq normalarından istifadə etməyə məcbur edilməlidir. Azərbaycanın sərhədləri açıq qapı deyil ki, ürəyi istəyən icazəsiz keçid etsin?!”.

Politoloq vurğulayıb ki, Azərbaycan öz ərazilərində olan xristian məbədlərinə diqqəti bir qədər də artırmalıdır:

“Bu məbədlər bizim xristian keçmişimizə aiddir. Hesab edirəm ki, bütün Alban məbədlərimiz təmir olunaraq yenidən xristian vətəndaşlarımızın istifadəsinə verilməlidir. “Keşçidağ” monastrına isə yerli keşiş təyin olunmalıdır. Bu məsələ ilə bağlı təkliflərimi daha əvvəl vermişdim. Hətta təklifimə xristian vətəndaşlarımızdan müsbət reaksiyalar gəlmişdi. Məbədin keşişi vəzifəsinə iddiaçılar da var idi”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:33 Tarix İnstitutundan Keşikçidağla bağlı - Möhtəşəm bəyanat Tarix İnstitutunun Elmi Şurası Keşikçidağla bağlı bəyanat yayıb. Mediaxeberleri.az Kult.az-a istnadla həmin bəyanatı təqdim edir: Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci
18:48 İrəvan Tiflisə zərbə hazırlayır: 465 məbəd... – Sensasiya Son günlər Gürcüstanda sərhədləri Keşikçidağ məbəd-kompleksinin (David Qareci monastırı) tamamilə Gürcüstan ərazisində qalacaq şəkildə “düzəltmək” çağırışları səsləndirilir. Əfsus ki, bu cür “tərəfdarlar” bir qayda olaraq tarixi pis bilirlər. Pravoslavlıqda “milli” anlayışı yoxdur. Pravoslav
09:08 Keşikçidağ məbədində gürcülər nələr edib? – Memar sirri açdı Hələ Sovet dövründə gürcülər “Keşikçidağ məbədi” adlanan Alban kilsəsinin tavanına, loru dillə desək, “şpavlyovka” vurub üstündə ikonalar işləyiblər. Gürcülər bununla kilsəni özününküləşdirməyə çalışıb. Lakin abidənin qədim Alban kilsəsi olduğunu sübut edən memarlıq üslubu var. Bu sözləri
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az