t s

» » Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi: - "Şərəfini ləkələyən..."

Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi: - "Şərəfini ləkələyən..."

10-10-2019, 12:40 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Mübariz İbrahimov haqqında yazılan qalmaqallı statusa qiymət verildi: - "Şərəfini ləkələyən..."Milli Qəhrəman Mübariz İbrahimov haqda status yazan psixoloq Nərmin Şahmarzadənin məhkəmə prosesi davam edir.

Nərmin Şahmarzadəni məhkəməyə Milli Qəhrəmanın anası Şamama İbrahimova verib. M.İbrahimovun anası, psixoloqun həbsini tələb edən Şamama İbrahimovanın məhkəmə iddiası əsasında keçirilib.

Xüsusi ittiham qaydasında iddia qaldıran Şamama İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir.

İşə Xətai rayon Məhkəməsində baxılır.

Sonuncu məhkəmə iclasında ekspertiza təyin edilmişdi.

Ekspertiza N.Şahmarzadənin feysbukda yazdığı fikirlərdə böhtan və təhqirin olub-olmamasını müəyyən etməli idi.

Artıq ekspertizanın təyini məlumdur.

Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi belə nəticəyə gəlib ki, Nərmin Şahmarzadənin Mübariz İbrahimov haqqında yazdıqları onun şərəfini ləkələyən, nüfuzdan salan məlumatdır.

Xatırladaq ki, N.Şahmarzadə sosial şəbəkədə Milli Qəhrəman barəsində “Öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" kimi fikirlər yazmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:04 Iş adamı İbrahim Nehrəmlinin həbsini tələb edir - Yarımçıq qalan fırıldaq “Xəzər Adaları” layihəsinə görə İçki içməyindən fəxrlə danışan "Hacı" İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda müraciətləri cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı
21:13 Ağstafalı müəllim və şagird kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun evində Ağstafalı şagird və müəllim heyəti Milli Qəhrəman Mübariz İbrahimovun valideynləri ilə görüşmək üçün Biləsuvar rayonunun Əliabad kəndinə gediblər. Mediaxeberleri.az xəbər verir ki, Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin şagird və müəllimləri Biləsuvarın Əliabad kəndində doğulub boya-başa çatan
11:23 Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə Nərmin Şahmarzadə yenidən hakim qarşısına çıxarılacaq. Mediaxeberleri.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə idmançı Araz Musayevin apellyasiya şikayətinə baxılacaq. Xatırladaq
17:53 Mübariz İbrahimovu təhqir edən qızla bağlı ilginc faktlar: MÜƏLLİMƏSİ DANIŞDI Milli Qəhrəmanımız Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə ilə bağlı maraqlı fakt ortaya çıxıb. Onun müəllimlərindən biri Missiya.Az-a açıqlamasında Nərmin Şahmarzadənin psixoloq olmadığını deyib. Müəllimənin sözlərinə görə, Nərmin Şahmarzadə Bakı Dövlət Universitetinin 3-cü kurs
13:02 Mübarizi təhqir edən psixoloqun erməni ilə YAZIŞMASI - FOTO Mübariz İbrahimova qarşı mövqeyi ilə gündəmə gələn Nərmin Şahmarzadə adlı psixoloq olduğu deyilən gənc xanımın sosial şəbəkə paylaşımına erməni millətindən olan şəxsin şərhi və N.Şahmarzadənin ona cavabı sosial şəbəkələrdə paylaşılıb N.Şahmarzadənin erməni ilə bir-birinə sevgi və sayğılarını izhar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az